Accessibility links

Rusiya 1000-dən çox Ukrayna hərbi dəniz piyadasının təslim olduğunu iddia edir


Rusiya Müdafiə Nazirliyi mühasirədə olan Mariupol liman şəhərindəki 1000-dən çox Ukrayna dəniz piyadasının Rusiya qüvvələrinə təslim olduğunu bildirib. Ukrayna rəsmiləri bu barədə nə şərh verəcəklərini, nə də təsdiq edəcəklərini bildirib.

Əgər təsdiqlənsə, Ukraynanın fevralın 24-də Rusiyanın təcavüzündən sonra amansız küçə döyüşlərinə səhnə olan Mariupolu təslim etməmək cəhdlərində Ukraynaya böyük zərbə olacaq.

Ukraynanın yüksək səviyyəli rəsmisi aprelin 13-də Rusiya texnikası karvanının müxtəlif istiqamətlərdə Donbasın şərqinə doğru hərəkət etdiyi üçün bir neçə yerdə mülki vətəndaşların təxliyəsinin mümkün olmayacağını bildirib.

Baş nazirin müavini İrina Vereşuk Telegram səhifəsində verdiyi açıqlamada Rusiya qoşunlarını evakuasiyaya icazə ilə bağlı əldə edilmiş razılaşmanın şərtlərinə əməl etməməkdə ittiham edib.

“Zaporolye vilayətində [ruslar] evakuasiya avtobuslarının qarşısını kəsib, Luqansk vilayətində isə atəşkəsi pozub” - deyə, yazıb.

Rusiya dövlət televiziyası aprelin 13-də Mariupolda əllərini yuxarı qaldıraraq yeriyən əsgərlərin videosunu nümayiş etdirib və təslim olanların Ukrayna dəniz piyadaları olduğunu bildirib. Oxşar videogörüntülər kremlpərəst blogerlərin sosial mediadakı hesablarında da yayılıb. Videoları müstəqil olaraq yoxlamaq mümkün olmayıb.

“Mariupol şəhəri. 36-cı dəniz piyada briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq silahlarını yerə qoyub və təslim olub” - deyə, Rusiya Müdafiə Nazirliyi bildirib.

Nə Zelenskinin ofisi, nə də Ukrayna Müdafiə Nazirliyi sorğulara cavab verməyib. “Reuters” xəbər agentliyi nazirliyin sözçüsünə istinadən xəbərin doğru olub-olmadığı barədə məlumatın olmadığını bildirib.

Ukrayna daxili işlər nazirinin köməkçisi Vadim Denysenko Rusiyanın iddiasını rədd edərək, Current Time-a bildirib ki, bu, Ukrayna hərbçiləri tərəfindən təsdiqlənməyib.

XS
SM
MD
LG