Accessibility links

Ukrayna Rusiyanın nüvə sektoruna qarşı yeni sanksiyalar tətbiq edilməsinə çağırıb


Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın cənubundakı Zaporijye Atom Elektrik Stansiyasının atəşə tutulması ilə bağlı narahatlıqlar fonunda Rusiyanın nüvə sektoruna qarşı yeni sanksiyalar tətbiq edilməsinə çağırıb.

Zelenski bazar ertəsi axşam etdiyi çıxışında regiondakı digər ölkələri təhdid edə biləcək potensial “fəlakət” barədə xəbərdarlıq edib.

“Əgər dünya indi bir atom elektrik stansiyasını müdafiə etmək üçün güc və qətiyyət nümayiş etdirməsə, bu, dünyanın məğlub olduğu anlamına gələcək” - deyə, Zelenski bildirib.

Həm Rusiya, həm də Ukrayna bir- birini qarşı tərəfi obyektin yaxınlığında atəş açmaqda ittiham edib.

Bu, bazar ertəsi də davam edib. Enerhodarda Rusiya tərəfin rəsmisi Ukraynanın artilleriya zərbələrinin zavodun yaxınlığına düşdüyünü bildirib, Ukrayna rəsmisi isə ərazinin hücumu Ukraynanın hücumu kimi göstərməyə cəhd edən əslində Rusiya qüvvələri tərəfndən atəşə tutulduğunu deyib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Amerikanın Səsinin Ukrayna xidmətinə deyib ki, obyekti atəşə tutmağın “bizim üçün mənası yoxdur, çünki bu gün biz bəşəriyyət üçün nüvə təhlükəsinin tam səviyyəsini başa düşürük. Biz 1986-cı ildə Çernobıl faciəsini yaşadıq. Ukraynalılar Çernobıl faciəsinin ilk növbədə nə olduğunu və sonradan radiasiyadan nə qədər insanın ölümünə səbəb olduğunu bilir”.

“Buna görə də biz hamını müdaxilə etməyə çağırırıq və bunun Avropada nüvə fəlakətinin növbəti səbəbinə çevrilməməsi üçün təkcə [Beynəlxalq Atom Enerjisi Agentliyi] deyil, həm də bütün beynəlxalq ictimaiyyətdən müdaxilə etməyi və təsir göstərməyi xahiş edirik” - deyə, Reznikov bildirib.

Birləşmiş Millətlər Təşkilatı baş katibi Antonio Quterreşin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon söhbəti zamanı zavodun təhlükəsiz istismarı şərtlərini müzakirə etdiyi bildirib.

Quterreşin sözçüsü Stefan Ducarrik jurnalistlərə deyib ki, Rusiya və Ukrayna razılaşarsa, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin stansiyaya daxil olmasını dəstəkləmək üçün Ukraynada logistika və təhlükəsizlik imkanları mövcuddur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın MAQATE əməkdaşlarının əraziyə daxil olması üçün “lazım olan hər şeyi” edəcəyini deyib.

Daha sonra Rusiya dövlət mediası Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılması və Silahlara Nəzarət şöbəsinin rəis müavini İqor Vişnevetskiyə istinadən bildirib ki, MAQATE missiyasının Kyivdən keçərək stansiyaya çatması çox təhlükəli ola bilər.

XS
SM
MD
LG