Accessibility links

Ukrayna Odesa limanına hücum edən Rusiyanın 14 pilotsuz təyyarəsinin vurulduğunu bildirib


Ukrayna rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Odessa limanına Rusiyanın raket hücumu nəticəsində azı iki nəfər ölüb.

Ukrayna ordusu Rusiyanın Ukraynadakı əraziləri hədəf aldığı son hava hücumları zamanı 5 ballistik və idarə olunan raket, 20 pilotsuz təyyarədən istifadə etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin 20 pilotsuz təyyarədən 14-nü Çerkassı, Dnepropetrovsk, Xerson, Xmelnitski, Mikolayiv, Odesa, Rivne və Vinnitsa vilayətləri üzərində vurduğunu bəyan edib.

Rivne vilayətinin qubernatoru Oleksandr Koval Telegram kanalında Rusiya pilotsuz təyyarələrinin enerji infrastrukturunu hədəf aldığını deyib. Koval hücum nəticəsində xəsarət alanların olmadığını bildirib.

Elektrik şəbəkəsi operatoru "Ukrenerqo"nun bildirdiyinə görə, Rivnedəki obyektlərindən birinə güclü hücum olub.

Rusiya Müdafiə Nazirliyi Belqorod və Voronej vilayətləri üzərində Ukraynaya məxsus 2 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Vaşinqtonda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski əsasən hava hücumundan müdafiə sahəsi olmaqla, NATO liderlərini Ukrayna ordusuna dəstəyə çağırıb.

Çərşənbə axşamı gecə etdiyi çıxışında Zelenski Rusiyanın bazar ertəsi 40 raketdən istifadə etdiyindən və Kyivdəki uşaq xəstəxanasını vurmasından, ölkə daxilində azı 43 nəfərin ölümünə və 200-ə yaxın insanın yaralanmasına səbəb olan hücumlarından danışıb.

Zelenski rəsmilərin noyabr ayında ABŞ-da keçiriləcək seçkiləri gözləməməli olduğunu deyib və ABŞ-ı tez hərəkətə keçməyə çağırıb.

"Kölgədən çıxmaq, güclü qərarlar vermək, hərəkətə keçmək və noyabrı və ya başqa ayı gözləməmək gərəkdir. Bunun üçün biz güclü və barışmaz olmalıyıq" - deyə, Zelenski bildirib.

Ukrayna lideri çərşənbə axşamı NATO sammitindən əvvəl də oxşar şərhlər verib və Amerikanın Səsinə liderlərlə danışacağını deyib.

Forum

XS
SM
MD
LG