Accessibility links

İstanbulda Ukrayna ilə Rusiya arasında sülh danışıqları aparılır


Çərşənbə axşamı Türkiyədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoymaq məqsədi daşıyan yeni sülh danışıqları başlayıb. Danışıqlar Ukrayna əsgərlərinin Ukrayna döyüşçülərinin şiddətli müqaviməti ilə üzləşən Rusiyanın quru qüvvələrindən daha çox şəhəri geri aldığı vast keçirilir.

İstanbulda keçirilən danışıqlardan öncə Rusiya və Ukraynadan vasitəçilərə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə yayımlanan çıxışında deyib ki, hər iki tərəf konkret razılığa gəlməli və bu faciəni dayandırmalıdır”.

Rusiyanın vasitəçi komandasına bu ayın əvvəlində Kyivdə görüşdən sonra Ukrayna komandasının azı iki yüksək səviyyəli üzvü ilə birlikdə zəhərlənmə simptomlarından əziyyət çəkən milyarder Roman Abramoviç daxil olub.

Sülh danışıqları ilə bağlı danışan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bazar ertəsi milli televiziyada deyib ki, “minimum proqrama humanitar məsələlər, maksimum proqrama isə atəşkəslə bağlı razılıq əldə etmək daxil olacaq.”

Bazar günü rusiyalı jurnalistlərə müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, sülh razılığına üçüncü tərəfin zəmanətləri daxil olsa və o referendum səsverməsinə qoyulsa, Ukrayna sülh razılığının bir hissəsi olaraq neytral status qəbul etməyə razılıq olacaq.

Danışıqlar başlamadan bir neçə saat əvvəl Prezident Zelenski təkid edib ki, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına nəzərdə tutulan təsiri göstərmək üçün “effektiv və əhəmiyyətli olmalıdır.” New York Times-ın məlumatına görə, Zelenski deyib ki, əgər Rusiya sanksiyalardan “yan keçə” bilsə, “bu Rusiya rəhəbrliyi üçün təhlükəli illüziya yaradır ki, onlar indi etdiklərini davam etdirə bilərlər. Və ukraynalılar bunun bədəlini həyatları ilə ödəyirlər. Minlərlə həyatla.”

Bu arada isə ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi müxbirlərə deyib ki, Ukrayna qoşunları Sumi şəhərinin şimal-şərqində yerləşən Trostyanetsk şəhərini geri alıblar. Zelenski isə bazar günü gecə saatlarında etdiyi çıxışında deyib ki, Ukrayna qoşunları Kyivin yaxınlığındakı İrpini azad ediblər.

Ancaq İstanbulda danışıqlar aparıldığı zaman Rusiyanın hava hücumu liman şəhəri olan Mikolaivdə bir hökumət binasını dağıdıb. Qubernator Vitali Kim deyir ki, bir neçə insan dağıntıların altında ilişib qalıb.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Telegram sosial mediasında yerləşdirilən video mesajda elan edib ki, ölkəsi Kyivin dediyinə görə Rusiyanın mümkün “təxribatları” səbəbilə bir günlük fasilədən sonra evakuasiya yolunu açıb və müharibənin dağıtdığı regiondalrdan mülki vətəndaşları təxliyə edib.

Birləşmiş Millətlər Təşkilatı deyir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 10 milyon insan evlərindən didərgin düşüb, 38 milyon insan isə ölkədən qaçıb.

XS
SM
MD
LG