Accessibility links

Ukraynanın şərqində atəşkəsə riayət edilmir


Ukrayna hökuməti və Rusiyanın dəstəklədiyi üsyançılar bir-birini ölkənin şərqində atəşkəsi pozmaqda ittiham edir.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün bildirib ki, hökumət qüvvələri ötən gün Donetsk və Luqansk şəhərlərində üsyançılar tərəfindən 112 dəfə hücuma məruz qalıb.

Ordunun bildirdiyinə görə, müxtəlif növ silahdan istifadə edən separatçılar Debaltsevo şəhərinin dəmir yoluna nəzarət uğrunda hücumları gücləndirib. Reuters xəbər agentliyinin müxbiri Debaltsevo şəhərinin 10 km qərbindəki Uqleqorskda hər 10 saniyədən bir qumbara hücumlarının və partlayışların olduğunu bildirib.

Separatçıların komandiri Eduard Basurin isə deyib ki, hökumət qüvvələri bazar ertəsi Donetsk və Qorilovkanın yaxınlığındakı Dokuçayevski raket atəşinə tutub.

Belarusun paytaxtı Minskdə əldə edilmiş atəşkəs yerli vaxtla bazar günündən bazar ertəsinə keçən gecə saat 12-də qüvvəyə minməli idi. Lakin Ukrayna ordusunun sözçüsü Vladislav Seleznyov Fransa xəbər agentliyinə verdiyi müsahibəsində deyib ki, üsyançılar hücumları davam etdirdiyinə görə, Ukrayna ordusunu geri çəkə bilmir.

XS
SM
MD
LG