Accessibility links

Moskvadakı Ukrayna Ədəbiyyatı Kitabxanasının direktoru həbs edilib


Rusiya polisi millətlər arasında ədavət yaratmaqda şübhəli bilinən Ukraynanın Moskvadakı kitabxanasının direktorunu həbs edib.

Rusiya İstintaq Komitəsinin bügünkü açıqlamasında deyilir ki, istintaq zamanı Ukrayna Ədəbiyyatı Kitabxanasında Rusiyaya qarşı təbliğat materialları və kitablar aşkar edildikdən sonra 58 yaşlı Natalya Şarina nəzarət altına alınıb.

Moskvada yerləşən kitabxanada rus və ukrayna dillərində kitablar saxlanılır. Müstəntiqlər Şarinanı Rusiyada əsərləri qadağan edilən ukraynalı fəal Dmitro Korçinskinin yazılarını paylaşmaqda ittiham edib.

Ukraynanın Xarici İşlər Nazirliyinin kitabxanada aparılan axtarışa qarşı çərşənbə günü açıqladığı etiraz notasında Kremlin ukraynalılara qarşı "rusiyafobiya" və "ekstremizm" kimi böhtanlarının ilk dəfə olmadığı deyilir.



XS
SM
MD
LG