Accessibility links

Hər iki tərəf Soledarda qələbə çaldığını iddia edir


Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar cümə axşamı Soledarda şiddətli döyüşlərin getdiyini, Ukrayna qüvvələrinin möhkəm durmaqda davam etdiyini bildirib.

Malyar bunu Ukraynanın şərqindəki şəhərə kimin nəzarət etdiyi barədə ziddiyyətli iddialardan bir gün sonra deyib.

Şəhərin rusların əlinə keçdiyinə dair xəbərlərdən sonra, çərşənbə günü ABŞ müdafiə naziri Lloyd Ostin Soledar uğrunda döyüşü "çox dəyişkən, dinamik mühit, dinamik döyüş" adlandırıb.

Ostin dövlət katibi Antoni Blinken və Dövlət Departamentindəki yapon həmkarları ilə birgə keçirilən mətbuat brifinqində "Hazırda biz bu xəbəri təsdiq edə bilmərik" deyib.

Rusiyanın muzdlu "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojinin çərşənbə günü bildir,diyinə görə, onun qüvvələri mədən şəhərini bütövlükdə ələ keçirib və ağır döyüşlər zamanı 500 ukraynalı hərbçi öldürülüb.

Ondan bir neçə dəqiqə sonra isə Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin davam etdiyini bildirib.

O, video-müraciətində "ruslar bizim Soledar şəhərimizin bir hissəsini bir növ Rusiyanın mülkü kimi göstərməyə çalışır. Lakin döyüşlər davam edir. Donetsk əməliyyat gedir" deyib.

Ukrayna Baş Qərargahı Facebook səhifəsindəki açıqlamasında Rusiya qüvvələrinin böyük itki verdiyini bildirib. Rusiya duz mağaraları və Baxmuta yaxın olduğu üçün avqust ayından duz mədəni şəhərini tutmağa çalışır.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin çərşənbə axşamı bildirdiyinə görə, çox ehtimal ki, Rusiyanın işğalının bu mərhələsindəki əsas hədəflərindən biri olan Baxmut yaxınlığında yerləşən Soledarın əksər hissəsinə "Vaqner" və Rusiya qüvvələri nəzarət edir.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü keçirdiyi mətbuat brifinqində deyib ki, Ukraynanın Baxmut bölgəsindəki müdafiəsi "vətənlərini qorumaq üçün döyüşən Ukrayna qüvvələrinin şücaətini bir daha göstərir". O, Ukraynaya hərbi dəstəyin artırılmasının nə qədər vacib olduğunu vurğulayıb.

XS
SM
MD
LG