Accessibility links

Sumı vilayətində məktəb atəşə tutulub: 4 nəfər ölüb, 4 nəfər yaralanıb


Sumı Vilayət Hərbi Administrasiyasının bildirdiyinə görə, Rusiya hərbçilərinin Romnı şəhərinə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hərbi administrasiya pilotsuz təyyarənin məktəb binasına hücum etdiyini və binanın tamamilə dağıldığını bildirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri binanın dağıntıları altından çox ehtimal ki, məktəbdə işləyən 4 qadının cəsədini aşkar edib.

Fövqəladə Hallar Xidməti deyib ki, dağıntılar altında daha iki nəfər ola bilər və onlar axtarılır.

Ukrayna Milli Polisi ilkin məlumatında dağıntılar altında qalan insanların öldüyünü təxmin edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Daha sonra Sumı Vilayət Hərbi Administrasiyası bölgəyə "Şahed" tipli dronlarla təkrar hücumlar həyata keçirildiyini bildirib. Administrasiyada qeyd edildiyi kimi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri iki pilotsuz təyyarəni vurub.

Forum

XS
SM
MD
LG