Accessibility links

Zelenski: "United24" ianə platformasında Ukrayna üçün 300 milyon dollar toplanıb


Ukrayna prezidenti Volodimir Zelenski bildirib Birləşmiş Ştatların "United24" ianə platformasında Ukrayna üçün 300 milyon dollar toplandığını bildirib. Zelenski bunu bu gün axşam video-müraciəti zamanı deyib.

"Bizim "United24" xeyriyyə platformamız bu günlərdə 300 milyon dollar ianə həddini keçib. Dünyanın hər yerindən - 100-dən çox ölkədən minlərlə və minlərlə donor. Adi insanlar, özəl şirkətlər ordumuz üçün pilotsuz təyyarələr, təcili yardım maşınları almağa, xəstəxanaları, infrastrukturu təmir etməyə yardım edir" , Zelenski deyib.

Onun sözlərinə görə, bu, "dünyanı bir araya gətirən" çoxsaylı təşəbbüslərdən biridir.

"Dünya xalqımızın necə cəsarətlə və minnətdarlıqla mübarizə apardığını görür. Məhz buna görə də biz aparıcı dövlətlərin dəstəyini və dünya boyu milyardlarla insanın qəlbini səfərbər edə bilirik. Ukraynaya inanan və bizə təhlükəsizliyimizin qaytarılmasında yardım edən hər kəsə təşəkkür edirik" - deyə, Ukrayna prezidenti bildirib.

"United24" vebsaytının bildirdiyinə görə, platforma dünya üzrə xeyriyyə təşkilatları, tərəfdaşlar, donorlar və ictimai xadimlərlə əməkdaşlıq etmək üçün nəzərdə tutulub. Yığılan vəsait Ukrayna Milli Bankına köçürülür və birbaşa yardım göstərmək üçün istifadə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG