Accessibility links

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi verir


Birləşmiş Ştatlar Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini verəcəyini elan edib. Paketdə daha çox mobil artilleriya raket sistemi (HIMARS) üçün artilleriya mərmiləri və raketlərin olacağı gözlənilir.

Paketin təqdim edilməsindən əvvəl ordu rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, son yardıma, həmçinin Rusiya quru qüvvələrinin Ukraynanın işğal olunmuş ərazilərdən çıxarılması üçün tank əleyhinə TOW raketləri, tank əleyhinə minalar və zirehli AT-4 silahları daxildir.

ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, yardım Ukraynadakı döyüş xətlərinin statik hala gəldiyi, Rusiyanın zəif tərəflərini ifşa və Ukraynanın öz ərazisini inadla müdafiə etdiyi bir vaxtda verilir.

Ukraynanın quru qoşunlarının rəhbəri çərşənbə axşamı bildirib ki, Rusiya Ukraynanın şərqindəki Baxmut şəhəri uğrunda gedən döyüşlərdə ağır artilleriya və hava hücumlarından istifadəni artırsa da, döyüşlərdə əhəmiyyətli itkilər verməyə davam edir.

Moskva bu ilin əvvəlində Ukraynaya yeni hücuma başlayıb. Kyiv də yaxın günlərdə və ya həftələrdə başlaması gözlənilən genişmiqyaslı əks-hücuma hazırlaşır.

ABŞ müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu həftənin sonunda Rusiyanın işğalının qarşısını almaq üçün yardımı əlaqələndirən 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqə Qrupunun növbəti iclası üçün Almaniyaya gedəcək.

XS
SM
MD
LG