Accessibility links

Rusiya Vinnitsa şəhərində Ukrayna Silahlı Qüvvələrinin "Zabitlər Evi"ni vurduğunu iddia edir


Rusiya Müdafiə Nazirliyi keçirdiyi brifinqdə Rusiya ordusunun iyulun 14-də Ukrayna Silahlı Qüvvələrinin Vinnitsa şəhərindəki Zabitlər Evini yüksək dəqiqlikli “Kalibr” dəniz raketləri ilə vurduğunu elan edib. Agentliyin məlumatına görə, raket hücumu zamanı binada “Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı və xarici silah tədarükçüləri”nin iştirak etdiyi toplantı keçirilib.

Zabitlər Evi mədəniyyət mərkəzidir. İyulun 14-də ukraynalı müğənni Roxolana (Roksolana Sirota) orada konsert verməli idi. Müğənni Vinnitsa atəşə tutulduğu zaman onun komandasının üzvlərindən birinin həlak olduğunu, digərinin isə ağır yaralandığını iddia edib.

Son məlumatlara görə, iyulun 14-də Vinnitsaya edilən raket hücumu zamanı 3-ü uşaq olmaqla, 23 nəfər həlak olub. Yerli sakinlərdən 117 nəfəri tibbi yardım üçün müraciət edib, onlardan 71 nəfəri xəstəxanaya yerləşdirilib. 18 nəfərin itkin düşdüyü bildirilib.

Ukrayna polisinin məlumatına görə, iyulun 14-də Rusiyaya məxsus üç raket Vinnitsadakı ofis binasına düşüb. Bundan əlavə, Zabitlər Evi və yaxınlıqdakı yaşayış binaları raket zərbələri nəticəsində zədələnib. Zərbənin xəstəxanaya da dəydiyi bildirilib.

Ukrayna prezidentinin ofisinin bildirdiyinə görə, “Kalibr” qanadlı raketləri Qara dənizdəki sualtı qayıqdan atılıb. Vinnitsa vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Borzov daha dörd raketin Vinnitsa vilayəti üzərində hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Vinnitsadakı insidenti terror aktı adlandırıb. O, Qərb ölkələrinə müraciətində Rusiyanın “terrorçu dövlət” kimi tanınmasını tələb edib.

Rusiya tərəfi iddia edir ki, raket hücumu Zabitlər Evinə edilib, belə ki, orada “Ukrayna Silahlı Qüvvələri hazırlıq keçirdi”. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin baş məsləhətçisi Yevgeni Varqanov deyib. O, Vinnitsa hücumunu şərh edən Rusiya hakimiyyətinin ilk nümayəndəsi olub.

XS
SM
MD
LG