Accessibility links

Rusiya ukraynalıların dörd regionda ilhaqı geniş şəkildə dəstəklədiyini bildirir, Qərb səsverməni saxta adlandırır


Rusiya çərşənbə axşamı iddia edib ki, Qərb müttəfiqlərinin qondarma referendum adlandırdıqları səsvermədə erkən səslərin hesablanması dörd regionda ukraynalıların böyük əksəriyyətinin Rusiya ilə birləşməni dəstəklədiyini göstərib.

RİA Novosti dövlət xəbər agentliyi Donetsk, Luhansk, Zaporije və Xersonda beş gün ərzində keçirilən səsvermədən sonra səslərin təxminən beşdə birinin hesablandığını və hər dörd regionda seçicilərin 97%-dən çoxunun ilhaqın tərəfdarı olduğunu göstərdiyini bildirib. Həmin regionlar birlikdə Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edir.

Referendumlar Ukrayna, ABŞ və digər Qərb ölkələri tərəfindən qeyri-qanuni hesab edilərək geniş şəkildə pislənib. Moskvanın açıqladığı nəticədən asılı olmayaraq, bunun qlobal miqyasda qəbul ediləcəyi gözlənilmir.

Lakin səsvermə və ilhaqın lehinə geniş şəkildə gözlənilən nəticə Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna sərhədini birtərəfli qaydada dəyişdirmək və dörd rayonu ilhaq etməsi üçün bəhanə ola bilər. Bu da öz növbəsində Kyiv qüvvələrinin onlara qarşı hər hansı hücumunun Rusiya ərazisinə hücum kimi qiymətləndirilməsinə gətirib çıxara bilər.

Keçən həftə Putin Rusiyanın "ərazi bütövlüyünü" müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu deməsi Ukrayna və Moskvanın yeddi aydır davam edən hərbi müdaxiləsinə müqavimət göstərmək üçün Kyiv hökumətinə milyardlarla dollar məbləğində yardım göndərən ABŞ və Qərb ölkələri tərəfindən hədə olaraq pislənib.

Ukrayna da dəfələrlə Rusiyanın əlavə əraziləri ilhaq etməsinin sülh danışıqları şansını məhv edə biləcəyi barədə xəbərdarlıq edib.

Bəzi ukraynalılar səs vermək üçün Rusiya döyüşçüləri tərəfindən silah gücünə evlərini tərk etməyə məcbur edildiklərini bildirib. Səsvermə çərşənbə axşamı başa çatıb. ABŞ Rusiyanın elan etdiyi heç bir nəticəni tanımayacağını əvvəlcədən bildirib.

“Biz dünyadakı tərəfdaşlarımızla birlikdə Rusiyanın elan etdiyi hər hansı qondarma nəticəni rədd edirik,” Ağ Evin mətbuat katibi Karin Jan Pyer bazar ertəsi jurnalistlərə deyib.

"Gördüyümüz işlərə gəlincə, biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ilhaq olduğunu müşahidə etdiyimiz halda buna cavab olaraq, Rusiyaya sürətli şəkildə və ciddi əlavə iqtisadi xərclər qoymağa hazırıq. Biz bunu çox açıq şəkildə bildirmişik" - deyə, Jan Pyer bildirib.

Səsvermə cümə günü Rusiyanın nəzarətində olan Luhansk və Xerson vilayətlərində və Donetsk və Zaporijya vilayətlərinin işğal olunmuş ərazilərində başlayıb.

XS
SM
MD
LG