Accessibility links

Rusiyanın Ukrayna bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər ölüb


Ukraynanın hərbi və regional rəsmiləri martın 15-də Moskvanın Ukraynanın bir sıra bölgəsinə endirdiyi yeni dron və raket zərbələri nəticəsində azı dörd nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Eyni zamanda isə Rusiyanın sərhəd bölgəsi Belqorod və Kaluqa regionunun yenidən dron və raketlər tərəfindən hədəf alındığını deyilir.

Vilayət qubernatoru Oleh Kiper Telegram kanalında Rusiyanın Qara dəniz limanı Odesa şəhərinə raket zərbələri endirməsi nəticəsində 2 nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

İlk partlayışın baş verdiyi yerə yardım etmək üçün gələn bir səhiyyə işçisinin və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşının ikinci raket zərbəsi nəticəsində həlak olduğunu deyən Kiper, digər insanların da ağır yaralandığını yazıb.

"Qurbanların sayı müəyyənləşdirilir" - deyə, o bildirib.

Bundan əvvəl isə region qubernatoru Serhiy Borzov Telegram kanalında bildirib ki, Rusiyaya məxsus dron Ukraynanın qərbindəki vilayətin paytaxtı Vinnitsada yaşayış binasına dəyib və nəticədə bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Daha sonra o, ikinci qurbanın, bir qadının xəstəxanada öldüyünü bəyan edib.

Ukrayna ordusu ayrı-ayrılıqda bildirib ki, Rusiya Ukraynanın 7 bölgəsinə 27 "Şahed" tipli pilotsuz təyyarə və 8 raket atıb.

Ordunun bəyanatında bildirilib ki, "27 "Şahed" dronunun hər biri Kirovohrad, Mikolayiv, Xarkiv, Xerson, Xmelnitski, Vinnitski və Kyiv vilayətləri üzərində vurulub" və əlavə edilib ki, dronların çoxu paytaxta doğru irəliləyirdi.

Ordu raketlərin də vurulub-vurulmadığını dəqiqləşdirməyib.

Forum

XS
SM
MD
LG