"Son üç gündə rusiyayönlü qüvvələr Donetsk vilayətinin Baxmut şəhərinin mərkəzinə doğru taktiki irəliləyişlər əldə edib" - deyə, cümə günü Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Twitterdə yayımlanan kəşfiyyat məlumatında bildirib.
Məlumatda "Luhansk vilayətinin 2-ci Ordu Korpusunun rusiyapərəst yarı-hərbi elementləri çox güman ki, şəhərin cənubundakı Opıtne və İvanqrad kəndlərinə doğru irəliləyib. İyulun əvvəlindən müntəzəm Rusiya və ya separatçı qüvvələr tərəfi ya az, ya da demək olar ki, başqa yaşayış məntəqələri ələ keçirməyib" deyilib.
"Lakin, özəl "Vaqner Qrupu" hərbi şirkətin rəhbərlik etdiyi qüvvələr Donbasda bəzi irəliləyişlər əldə edib. Vaqner, çox güman ki, Baxmut döyüşlərində ciddi şəkildə iştirak edir" deyə, məlumatda bildirilib.
Kəşfiyyat məlumatında "Rusiya çox ehtimal ki, Baxmutun ələ keçirilməsini Ukraynanın nəzarətində olan Donetsk vilayətinin əhalisinin sayına görə ən əhəmiyyətli mərkəzi olan Kramatorsk-Sloviansk şəhərinə doğru irəliləmək üçün ilkin addım kimi qiymətləndirir" deyilib.
Yenilənən məlumatda deyilib ki, Rusiya "Donbasın mərkəzində hücum əməliyyatlarını davam edərək, yavaş-yavaş irəliləyiş əldə etsə də," Rusiyanın hərbi kampaniyası "Ukraynanın şimal və cənub cinahlarına qarşı təzyiqləri və ciddi sursat və canlı qüvvə çatışmazlığı səbəbilə sarsılıb."
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində "Rusiya minlərlə səfərbər edilmiş əsgərini cəbhəyə göndərir. Onların ciddi hərbi hazırlığı yoxdur, lakin onların komandanlığının buna ümumiyyətlə ehtiyacı yoxdur. Onlar səfərbər olan rusların müharibədə ən azı bir neçə həftə sağ qala bilmələrini, sonra ölmələrini, sonra isə cəbhəyə yenilərinin göndərilməsini gözləyir. Lakin bu müddət ərzində Rusiya generallarının öz xalqından "topun qarşısına atılan yem" kimi istifadə etməsi müdafiəçilərimiz üzərində əlavə təzyiq yaratmağa imkan verir" deyib.
Zelenski deyib ki, Ukrayna "Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayətinə görə xüsusi tribunal yaradacaq və xüsusi təzminat mexanizminin işləməsini təmin edəcək ki, Rusiya bu müharibəyə görə öz aktivləri bahasına məsuliyyət daşısın."
O, "Terrora bütün yollarla döyüş meydanında, sanksiyalarla və hüquqi yolla cavab verilməlidir" deyib.