Accessibility links

Ukrayna Qərb müttəfiqlərini daha çox tank göndərməyə çağırır


"Stryker" zirehli maşını
"Stryker" zirehli maşını

Ukrayna cümə axşamı Qərb müttəfiqlərini "qoşun, silah və hərbi texnika baxımından əhəmiyyətli dərəcədə üstünlüyə malik" olan Rusiya ordusu ilə döyüşməyə yardım üçün Ukrayna qüvvələrinə tanklar göndərməyə çağırıb.

Xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikov birgə bəyanatında Ukraynanın müdafiəsini gücləndirməsinə yardım edən 50 ölkəyə təşəkkür edib.

Bununla belə, onlar bildiriblər ki, Rusiyanın təxminən bir il əvvəl başlayan işğalına qarşı mübarizədə ən aktual ehtiyaclardan biri Ukraynanın müasir zirehli maşınlarla təmin edilməsi və Qərb tankları ilə qoşunlarına daha yaxşı imkanların verilməsidir.

Kuleba və Oleksiy Britaniyanın Ukraynaya "Challenger 2" tanklarını göndərmək addımını alqışlayıb. Eyni zamanda onlar Almaniyanın "Leopard 2" tanklarına sahib olan ölkələri Ukrayna qüvvələrini onlarla təmin etməyə çağırıb.

"Biz bu silahlardan məsuliyyətlə və müstəsna olaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qorumaq məqsədləri üçün istifadə edəcəyimizə zəmanət veririk" - deyə, nazirlər bildirib.

Bir ABŞ rəsmisi Associated Press xəbər agentliyinə, bir alman rəsmisi isə Reuters xəbər agentliyinə ABŞ "Abrams" tanklarını göndərməyə razılıq verəcəyi təqdirdə Almaniya da "Leopard 2" tanklarının Ukraynaya göndərilməsinə icazə verəcəyini deyiblər.

Ukrayna aşıqlamasını cümə axşamı, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Almaniyanın yeni müdafiə naziri Boris Pistoriusla və Ukraynanın müdafiə ehtiyaclarını müzakirə etmək üçün ABŞ-ın rəhbərlik etdiyi "Ukraynanı Müdafiə Əlaqə Qrupu" ilə görüşmək üçün Almaniyaya səfəri zamanı edib.

ABŞ-ın "Abrams" tankları deyil, zirehli "Stryker" maşınlarının daxil olduğu və ümumi dəyəri 2 milyard dollardan çox olan yeni yardım paketini elan edəcəyi gözlənilir.

Kanada da Ukraynaya 200 ədəd "Senator" zirehli texnika verəcəyini bəyan edin. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand Kyivdə ukraynalı həmkarı Aleksiy Reznikovla görüşü zamanı bildirib.

BBC-nin Rusiya xidmətinin bildirdiyinə görə, Latviya da Ukraynaya
"Stinger" zenit-raket kompleksləri, vertolyotlar, pulemyotlar və pilotsuz uçuş aparatlarını təhvil verməyə hazır olduğunu təsdiqləyib.

Polşanın baş naziri Mateuş Moraviski deyib ki, ölkə Berlinin razılığını alan kimi Ukraynaya Almaniya istehsalı olan 14 "Leopard" tankı göndərəcək.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Twitter səhifəsində Estoniya və İsveçə yeni hərbi yardım paketləri ilə bağlı açıqlamalarına görə təşəkkür edib.

XS
SM
MD
LG