Accessibility links

ÜST: Rusiya ordusu Ukraynaya səhiyyə yardımı səylərinə mane olur


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirdiyinə görə, Rusiya qüvvələrinin Ukraynada səhiyyə işçiləri və obyektlərinə hücumları mühasirədə olan əhaliyə həyatları xilas edən tibbi yardım göstərmək səylərinə mane olur.

BMT Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra 1900-ə yaxın insanın öldüyünü, 2560 nəfərin yaralandığının qeydə alındığını bildirib.

Lakin BMT İnsan Haqları üzrə Ali Komissarlığının müharibə qurbanlarının hesabını aparan ofisi bu rəqəmlərin çox aşağı olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatı münaqişə başlayandan bəri Ukraynaya 216 ton təcili tibbi ləvazimat və avadanlıq çatdırdığını bildirirb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Banu Batnaqar yardımın yarıdan çoxunun nəzərdə tutulan ünvana çatdığını bildirib.

Ukraynanın qərbindəki Lviv şəhərindən yardımın müharibə bölgəsinə çatdırılmasının çətinliklərindən danışan Batnaqar hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının xəstəxanaları, tibb işçiləri, təcili yardım maşınları, təchizat və anbarlar da daxil olmaqla, 108 səhiyyə xidmətinə hücum hallarının təsdiqlədiyini deyib.

"Həmin hücumlar nəticəsində azı 73 nəfər həlak olub, 51 nəfər yaralanıb. Biz nəinki həyati, vacib səhiyyə xidmətlərindən məhrum edilməsini, həm də beynəlxalq humanitar hüququ pozan bütün hücumları ən sərt şəkildə qınayırıq” - deyə, o bildirib.

Batnaqar Ümumdünya Səhiyyə Təşkilatının təcili tibbi yardım qruplarının obyektlərinin zədələndiyi və ya dağıdıldığı yerlərdə səyyar xəstəxanalar qurulduğunu deyib. O, qeyd edib ki, onlar mobil səhiyyə klinikaları yaratmaq üçün milli və beynəlxalq tərəfdaşlarla bərabər işləyir.

Rusiya qoşunları paytaxt Kyivin nəzarətini ələ keçirə bilmədiyi üçün diqqətlərini Ukraynanın şərqindəki Donbas bölgəsindəki Luhansk və Donetskə yönəldib.

Bu gözlənilən böhranı nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı Ukraynanın şərq- mərkəzi Dniprodakı əməliyyat bazasını genişləndirməyə çalışır. Batnaqar deyib ki, ÜST xilasedici yardıma ən çox ehtiyacı olan insanlara daha yaxın olmaq istəyir.

XS
SM
MD
LG