Accessibility links

Zaporijye vilayətinin 18 yaşayış məntəqəsindən sakinlərin təxliyyə ediləcəyi bildirilib


Zaporijye vilayətinin işğalçı hökuməti cəbhə xəttinə yaxın yerləşən 18 yaşayış məntəqəsinin sakinlərinin təxliyyə ediləcəyini bəyan edib. Bu barədə Rusiyanın Zaporijye vilayətinə təyin etdiyi "qubernator səlahiyyətlərini icra edən" Yevgeni Balitski Telegram kanalında yazıb.

Balitskinin sözlərinə görə, 18 yaşayış məntəqəsindən - Timoşovka, Smirnovo, Tarasovka, Orlyanskoye, Moloçansk, Kuybışevo, Prişib, Tokmak, Malaya Belozyorka, Vasilyevka, Velika Belozyorka, Dneprorudnoe, Kakmensko-Dneprorudnoe, Mikhaylovka, Smirnovo, Tarasovka, Orlyanskoye, Kuybışevo, Enerqodar, Konskie Razdorı Pologi və Rozovka sakinlərinin “müvəqqəti köçürülməsi” təşkil olunacaq.

Zaporijye vilayətinin Rusiya tərəfindən təyin edilmiş "səlahiyyətləri icra edən qubernatoru"nun sözlərinə görə, ilk növbədə uşaqlar valideynləri ilə, qocalar, əlillər və tibb müəssisələrindəki xəstələr çıxarılacaq. O, həmçinin qeyd edib ki, bu qəsəbələrin sakinlərinin "müvəqqəti köçürülməsi region daxilində təşkil olunacaq".

"Son bir neçə gün ərzində düşmən təmas xəttinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini atəşə tutmağı intensivləşdirib" Balitski deyib.

Öz növbəsində Rusiya tərəfindən təyin olunmuş regionun iqtisadiyyat üzrə "baş nazirinin müavini" Andrey Kozenko TASS xəbər agentliyinə açıqlamasında bildirib ki, Zaporijye vilayətinin işğalçı hakimiyyətinin elan etdiyi "evakuasiya" çərçivəsində ümumilikdə 70 minə yaxın insanın "köçürülməsi" planlaşdırılıb.

XS
SM
MD
LG