Accessibility links

Rusiya qüvvələri Ukraynada raketlərlə genişmiqyaslı hücum həyata keçirib


Cümə axşamı Rusiya qüvvələri Ukraynanı raketlərlə atəşə tutaraq, ölkənin müxtəlif bölgələrindəki hədəfləri vurub və azı bir nəfəri öldürüb.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri Rusiyaya məxsus 36 raketdən 16-nı vurub.

Rusiyanın hava hücumlarının sonuncu raundu Norveçin Ukraynaya ümumi məbləği 7 milyard dollar olan beşillik yardım paketini təsdiqlədiyi vaxta təsadüf edib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu addım Norveç və Ukraynanı daha güclü edir və Rusiya "azadlıqsevənlər birliyinə qalib gələ bilməyəcək".

"İndi siz öz müstəqilliyini qoruyan və qəbul edilmiş beynəlxalq normalara uyğun olaraq, hər bir xalqın yaşamaq hüququnu müdafiə edən ölkəyə uzunmüddətli maliyyə dəstəyi ilə çox mühüm nümunə nümayiş etdirirsiniz" - deyə, Zelenski video-bağlantı vasitəsilə Norveç qanunvericilərinə bildirib.

Ukraynaya işğalın bir ili yaxınlaşdıqca Ukrayna rəsmiləri Rusiyanın yeni hücuma başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Zelenski çərşənbə günü gecə etdiyi çıxışında Ukraynanın Rusiyanın 'təşəbbüsü əlinə keçirəcəyi" cəhdlərinin qarşısını alacağına əmin olduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gələn həftə keçiriləcək xüsusi sessiyasında səsə qoyulacaq qətnamə layihəsi Ukraynada hərbi əməliyyatların dayandırılmasını və Ukraynanın "suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü" təmin edən sülhün əldə olunmasını tələb edir.

XS
SM
MD
LG