Accessibility links

Zelenski: "Ukraynanın işğalından sonra Putin mənim üçün heç kimdir"


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilədən sonra onun üçün heç kim olduğunu və onunla görüşməkdə maraqlı olmadığını deyib. Zelenski bunu Sky News-a müsahibəsində bildirib.

Rusiya prezidenti ilə görüşün Ukraynada müharibənin dayandırılmasına yardım edib-etməyəcəyi ilə bağlı suala Zelenski belə cavab verib: "Mən nə görüşməkdə, nə də danışmaqda maraqlı deyiləm. Çünki biz Rusiyanın işğalından əvvəl artıq Normandiya formatında görüşmüşdük. O, bir şey deyir, başqa şey edir."

Rusiya-Ukrayna danışıqlarının mümkünlüyündən danışan Ukrayna prezidenti bildirib ki, o, işğaldan əvvəl olduğu kimi Rusiyanın danışıqları istəmədiyinə əmin olduğunu deyib. "Prezident Putin belə qərar verib. Danışıqları istəmir, çünki sülhü istəmir" , Zelenski deyib.

O, həmçinin qeyd edib ki, Rusiyada kimin qərar verdiyini hələ də başa düşmür. "O [Putin] mənim üçün kimdir? Genişmiqyaslı işğaldan sonra o, mənim üçün heç kimdir" - deyə, Zelenski bəyan edib.

Sky News tele-kanalının jurnalisti ilə söhbəti zamanı Ukrayna prezidenti Rusiya ərazisində döyüşmək istəmədiyini vurğulayıb: "Mən sadəcə istəyirəm ki, onlar [Rusiya] müharibəni dayandırsınlar və ölkəmizi mümkün qədər tez tərk etsinlər. Sizə əminliklə deyə bilərəm ki, onlar bizim ərazilərimizi tərk etsələr, müharibə dayanacaq."

Ukraynanın şərqindəki vəziyyətdən danışarkən Zelenski Rusiya qüvvələrinin orada irəlilədiyini, lakin böyük itkilər verdiyini etiraf edib. "Bu, sadəcə olaraq, həddindən artıq böyük rəqəmdir. Onlar buna əhəmiyyət vermir. Öz adamlarının sayı onları maraqlandırmır" deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi "minlərlə" itki verib. O, Ukrayna tərəfinin itkiləri barədə dəqiq məlumatların olmadığını bildirib.

Zelenskinin müsahibəsi Kremlin diqqətindən yayınmayıb. Kreml "Zelenski çoxdandır prezident Putinin rəqibi deyil" - deyə, bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG