Accessibility links

Ukrayna Rusiyanın beş pilotsuz təyyarəsini vurub


Ukrayna ordusu bazar ertəsi Rusiyanın keçən gecə hücum cəhdlərində istifadə etdiyi beş pilotsuz təyyarəsinin hamısını vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, pilotsuz təyyarələr ölkənin dörd müxtəlif bölgəsində - Mikolayiv, Dnepropetrovsk, Vinnitsa və Xmelnitski vilayətlərində vurulub.

Vurulan təyyarələrin parçalarının yerə düşməsi nəticəsində ölənlər və ya dağıntılar barədə məlumat verilməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi video-müraciətində Ukrayna və Avropa Komissiyasının yaxın zamanda Kyivin qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı irəliləyişləri qiymətləndirəcəyini və gələn il gözlənilən Avropa İttifaqına üzvlük danışıqları üçün zəmin yaradacağını deyib.

"Yaxın günlərdə biz Avropa Komissiyası ilə birlikdə Ukrayna qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi prosesinə - yoxlama prosesinə başlayacağıq" - deyə, Zelenski bildirib.

Avropa Komissiyası keçən ay Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlanması üçün anti-korrupsiya rəsmilərinin işə cəlb edilməsi, məhkəmə sisteminin əsaslı dəyişikliklərə hazırlanması və media qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması da daxil olmaqla, 7 tövsiyədən 4-nü yerinə yetirdiyini bildirib.

Keçən həftə blokun 27 üzv ölkəsinin iki günlük sammiti zamanı Avropa İttifaqı liderləri gözlənilmədən Ukrayna ilə üzvlük danışıqlarının başlanmasına razılıq verib. Macarıstanın baş naziri Viktor Orban bunu "pis qərar" adlandıraraq, səsvermədə iştirak etmək istəmədiyini bildirib və bitərəf qalıb. O, Ukraynanın üç şərtə əməl etmədiyini deyib.​

Orban bir neçə həftədir Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara veto qoyacağına söz vermişdi.

Orban otağı tərk etməyə razılaşdıqdan sonra digər 26 üzv üzv danışıqların lehinə səs verib. Rusiya danışıqlara etiraz etdiyi üçün Avropa İttifaqnda Moskvanın ən yaxın müttəfiqi sayılan Macarıstanı tərifləyib.

Macarıstan daha sonra Avropa İttifaqnın Kyivin Rusiyaya qarşı müharibədə Ukraynaya 54 milyard dollarlıq yardım paketini bloklayıb.

Avropa İttifaqının bu məsələni gələn ilin əvvəlində fövqəladə sessiyasında müzakirə edəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG