Accessibility links

Ukraynanın Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini vurduğu deyilir


Rusiyanın "Vsevolod Bobrov" gəmisi
Rusiyanın "Vsevolod Bobrov" gəmisi

Ukrayna ordusunun ölkənin cənub-qərbində yerləşən Odesa bölgəsinin nümayəndəsi mayın 12-də bildirib ki, Ukrayna hərbi dəniz qüvvələrinin zərbəsi nəticəsində Qara dənizdə Rusiyaya məxsus hərbi logistika gəmisi zədələnib.

İddianı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb. Rusiya tərəfindəndən də məsələ ilə əlaqədar heç bir açıqlama verilməyib.

Ukraynanın milli xəbər agentliyi olan “Ukrinform” Odesanın da daxil olduğu regional hərbi komandanlığın nümayəndəsi Serqey Bratçuka istinadən Telegram-dakı paylaşımında gəminin zədələndiyini xəbər verib.

Agentlik zərbə nəticəsində Rusiyanın Zmiynıy (İlan) adasındakı Vsevolod Bobrov adlı gəmisini "itirdiyini" bildirir.

Dənizdəki fəaliyyətləri izləyən FleetMon xəbər saytı Vsevolod Bobrov-u 95 metr uzunluğunda nəqliyyat gəmisi kimi təqdim edir.

Hələ aprel ayında Moskva rəsmiləri Kyivin Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva" gəmisini vurduğuna dair iddianı rədd etmişdi.

Daha sonra Rusiya Gürcüstan, Krım və Suriya ərazilərində xidmət edən idarəolunan raketli "Moskva" gəmisinin təmir üçün yedəklənərkən batdığını iddia etmişdi.

XS
SM
MD
LG