Accessibility links

Ukrayna məhkəməsi mülki vətəndaşlara qarşı zorakılıq tətbiq edən rus hərbçisini 12 il müddətinə azadlıqdan məhrum edib


Ukrayna Baş Prokurorluğu Kyiv vilayətində evakuasiya edilməyə çalışan mülki vətəndaşlara qarşı zorakılıq tətbiq edən rus hərbçisinin 12 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib. O, (CM-nin 438-ci maddəsinin 1-ci hissəsi) müharibə qanunları və ənənələrini pozmaqda ittiham olunub.

İstintaqın məlumatına görə, insident 2022-ci il martın əvvəlində Kyiv şəhəri yaxınlığındakı yaşayış məntəqələrinin rus qoşunları tərəfindən işğalı zamanı baş verib.

Kyiv vilayətinin Kyiv-Svyatoşinski rayonunun Buzova kəndi yaxınlığında sərxoş vəziyyətdə olan Rusiya hərbçisinin odlu silahla hədələyərək, döyüş zonasını tərk edən mülki şəxslərdən ibarət avtomobil karvanındakı avtomobili saxlayıb.

"O, evli cütlüyə maşından düşməyi əmr edib və kişini belindən yuxarı paltarını çıxarmağa məcbur edib. İşğalçı əsgər insani ləyaqətini alçaldaraq, tüfəngin qundağı ilə onun başına zərbələr endirib və onu güllələmək istəyib. Lakin o, bunu özündən asılı olmayan səbəblərə görə etməyib" - deyə, məlumatda bildirilib.

Məhkəmə prosesi xüsusi qaydalara uyğun olaraq keçirilib.

Martın əvvəlində Ukrayna məhkəməsi də rusiyalı pilot Aleksey Lobodanı da müharibə qanunlarını və ənənələrini pozmaqda ittiham edərək, (Cinayət Məcəlləsinin 28-ci maddəsinin 2-ci hissəsi və 438-ci maddəsinin 1-ci hissəsi) 12 il müddətinə azadlıqdan məhrum edib. Müstəntiqlərin məlumatına görə, 2022-ci ilin martında Rusiyanın "Su-34" təyyarəsinin pilotu Xarkiv şəhəri və Xarkiv vilayətindəki mülki obyektlərin məhv edilməsi əmri alıb. Onun hədəfi Xarkivdakı radio və televiziya ötürücü stansiyası olub.

XS
SM
MD
LG