Accessibility links

Ukrayna Xersonda ən son döyüşlərdə 100-dən çox Rusiya əsgərinin öldüyünü bildirir


Xerson
Xerson

Ukrayna ordusu iyulun 30-da Kyivin müharibə başlayandan bəri ən böyük əkshücum əməliyyatını cəmləşdirdiyi Xerson bölgəsində yeni döyüşlərdə 100-dən çox Rusiya əsgərini öldürdüyünü və iki sursat anbarını dağıtdığını bildirib.

Ordunun cənun komandanlığı bildirib ki, Dnepr çayı üzərindən Xersona gedən dəmir yolu kəsilib, bu da çayın qərbindəki Rusiya qüvvələrini Rusiyanın ilhaq etdiyi Krımda və şərqdə hərbi təchizatlardan daha da təcrid edə bilər.

Ukrayna son həftələrdə Qərbin təmin etdiyi uzun-mənzilli raket sistemlərindən istifadə edərək çayın üzərində üç körpüyə ciddi ziyan vurub və bu da Rusiyanın qüvvələrini təchiz etməsini çətinləşdirib.

“İşğal olunmuş ərazidə əsas nəqliyyat xəttləri üzərində nəzarətin qurulması nəticəsində Dneprdən keçən dəmir yolu körpüsü ilə nəqliyyatın hərəkətinin mümkün olmadığı müəyyən edilib,” Ukraynanın cənub komandanlığı bəyanatında bildirib.

Komandlanlıq bildirib ki, iyulun 29-da cənub bölgəsində döyüşlərdə təxminən 170 rus əsgəri öldürülüb, yeddi tank məhv edilib.

Bu iddiaları müstəqil şəkildə təsdiq etmək mümkün olmayıb.

Xerson bölgəsinin Ukrayna tərəfdarı qubernatoru Smitro Butrinin dediyinə görə, Berislav rayonu xüsusilə ağır zərbələrə məruz qalıb. Berislav Kaxovka su elektrik stansiyasının şimal-qərbində yerləşir.

“Bəzi evlərdə bir dənə ev belə salamat qalmayıb, bütün infrastruktur dağıdılıb, insanlar zirzəmilərdə yaşayırlar,” Butri Telegram-da yazıb.

Rəsmilər sakinlərə Rusiyanın sursat anbarlarından uzaq durmaları barədə xəbərdarlıq edib.

“Ukrayna ordusu ruslara qarşı yağdırır və bu hələ başlanğıcdır,” Xerson bölgə şurasının başçısının müavini Yuri Sobolevski Telegram-da yazıb.

Krımla sərhəd bölüşən Xerson bölgəsi fevralın 24-də hərbi müdaxilə başlayandan qısa müddət sonra rusların əlinə keçib.

Ukrayna rəsmiləri iyulun 30-da bildirib ki, Rusiya qüvvələri gecə boyu Ukraynanın cəbhə xətti boyunca şəhər və kəndlərə raket hücumlarını davam etdirərək bir nəfəri öldürüb, mülki hədəfləri vurub.

Cənubda yerləşən liman şəhəri Mikolaivin meri deyib ki, yaşayış məntəqəsinə hücum nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb. Zərbələr nəticəsində “pəncərələr və qapılar qırılıb, eynvanlar dağılıb,” Oleksandr Sienkeviç Telegram-da yazıb.

Ölkənin ikinci ən böyük şəhəri Xarkivə məktəb binasına zərbə endirilib. Bu barədə mer İhor Terehov məlumat verib. Mer Vadim Lyaxın dediyinə görə, Rusiya həmçinin Slovyansk şəhərinə avotbus dayanacağına raket atıb.

XS
SM
MD
LG