Accessibility links

Ukrayna: Rusiya gecə hücumlarında dronlar və qanadlı raketlərdən istifadə edib


Poland Russia Ukraine War
Poland Russia Ukraine War

Ukrayna bazar ertəsi bildirib ki, Rusiya ötən gecə Ukraynaya 17 qanadlı raket atmaqla yanaşı, Mikolayiv və Odesa vilayətlərinə hücum zamanı 24 drondan istifadə edib.

Ukrayna ordusu Rusiyanın 18 pilotsuz uçuş apparatını və bütün raketləri vurduğunu açıqlayıb.

Odesa vilayətinin qubernatoru Oleh Kiper, taxıl ixracı üçün istifadə edilən limanların yerləşdiyi İzmail rayonunun yenidən hücuma məruz qaldığını və Vilkove şəhərindəki istirahət obyektinin vurulduğunu bildirib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Mikolayivda vilayət qubernatoru Vitaliy Kim dağıntıların bir binada yanğına səbəb olduğunu, partlayış dalğasının isə yaxınlıqdakı digər binalara ziyan vurduğunu qeyd edib.

Vilayətin qubernatoru Oleksandr Prokudin bildirib ki, Rusiyanın Xerson vilayətinə hücumu nəticəsində azı 4 nəfər yaralanıb.

Prokudinin sözlərinə görə, Rusiya qüvvələri Beril şəhərində insanların sıx toplaşdığı avtovağzala qəsdən hücum ediblər.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar ertəsi bildirib ki, Ukrayna qüvvələri Baxmut bölgəsində iki kvadrat kilometr ərazini, eləcə də Ukraynanın cənubunda beş kvadrat kilometrdən çox ərazini Rusiya qüvvələrindən geri alıb.

Forum

XS
SM
MD
LG