Accessibility links

Ukrayna Rusiyanın Qara dəniz sahilindəki əraziləri vurduğunu bildirib


Ukraynanın Odesa bölgəsində Zatoka şəhəri. 26 iyul, 2022.
Ukraynanın Odesa bölgəsində Zatoka şəhəri. 26 iyul, 2022.

Ukrayna ordusu xəbər verib ki, Rusiya çərşənbə axşamı Ukraynanın Qara Dəniz sahilindəki ərazilərə raket zərbələri endirib.

Hücumlar bir neçə yerə, o cümlədən Odesa ərazisi və Mikolaiv şəhərində liman infrastrukturuna edilib.

Raket zərbələri Rusiyanın Odesa şəhərinə raket hücumunun Ukrayna taxılının regiondan ixracını bərpa edilməsinə dair əldə edilən razılıqla bağlı suallar qaldırmasına səbəb olandan bir neçə gün sonra endirilib.

Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri böyük ehtimalla gəmi əleyhinə raketləri onların Qara Dəniz donanması vasitəsilə Odesanı ələ keçirmək cəhdindən çəkindirə bilən ən böyük təhlükə olaraq görür.

“Rusiya Ukraynanın gəmi əleyhinə imkanlarını zəiflətmək və ya məhv etmək səylərini prioritet etməyə davam edəcək. Ancaq Rusiyanın hədəf alma proseslərinə çox güman ki, köhnə kəşfiyyat məlumatları, zəif planlaşdırma və əməliyyatlara yuxarıdan-aşağı yanaşması səbəbilə xələl gətirilir,” Britaniyanın müdafiə nazirliyi bildirib.

Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi bildirib ki, Ukraynadan taxıl ixracları bir neçə gün içində bərpa olunmalıdır.

Ukrayna rəsmiləri deyib ki, onlar Rusiya və Ukraynanın cümə günü imzaladığı razılıqdan sonra taxıl ixraclarını bərpa etməyə çalışırlar. Kyiv Independent qəzetinin məlumatına görə, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib ki, taxıl ixracları çərşənbə günü başlayacaq.

BMT-nin sözçüsü Fərhan Haq bildirib ki, taxıl Odesa və Qara Dənizdəki digər iki limandan, Çernomorsk və Yujnıdan ixrac olunacaq “və biz gəmilərin təhlükəsiz hərəkət etməsi üçün bütün şəraitlərin olmasının təmin etmək istəyirik.”

“Bununla mütənasib olmayan hər hansı bir şey, əlbəttə ki, bu təşəbbüsün müvəffəq olması üçün faydalı deyil,” Haq deyib və baş katib Antonio Quttereş kimi Rusiyanı şənbə günü Odesaya hücum etdiyinə görə qınayıb.

Rusiya bazar ertəsi bildirib ki, Odesada hərbi obyektlərə raket hücumları taxıl ixraclarının bərpası ilə bağlı razılıqlara təsir göstərməməlidir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hücumlar “heç bir şəkildə taxılların ixracı üçün istifadə olunan infrastrukturla əlaqədar” deyil.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, “Rusiyanın İstanbulda razılaşdığı [taxıl ixracı] öhdəliklərimizdə bizim xüsusi hərbi əməliyyatımızı davam etdirməyimizin, hərbi infrastrukturu və başqa ordu hədəflərini məhv etməyin qarşısını alacaq heç nə yoxdur.”

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə Rusiyanın Qara Dənizdəki donanmasının Rusiyanın fevral ayında Ukraynanı işğalına başlayandan bəri blokladığı ərazilərdən təhlükəsiz keçidi təmin etməsinə imkan verən razılığa vasitəçilik edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi bildirib ki, Türkiyə Rusiya və Ukraynanın razılığa əməl etməsini gözləmir.

Reuters xəbər agentliyinin məlumatına görə, Ərdoğan TRT Haber-ə deyib ki, “Biz onların imzaladıqları razılıqlara əməl etmələrini və üzərlərinə götürdükləri öhdəliklərə müvafiq şəkildə hərəkət etmələrini gözləyirik.”

Ağ Ev bazar ertəsi hücumların Rusiyanın razılığıa riayət etmək niyyətinə şübhə saldığını bildirib.

“Biz Rusiyanın bu razılıq altındakı öhədliklərini yerinə yetirib-yetirməyəcəyini yaxından izləyəcəyik, cünki bu hücum Rusiyanın etibarlılığı ilə bağlı ciddi şübhə yaradır,” Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında bildirib.

XS
SM
MD
LG