Accessibility links

Ukrayna müttəfiqlərin müdafiə istehsalını artırmasını istəyir


NATO xarici işlər nazirləri Brüsseldə.
NATO xarici işlər nazirləri Brüsseldə.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Qərb müttəfiqlərini Ukrayna qüvvələrini Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparmaq üçün lazım olan hər şeylə təmin etmək üçün müdafiə istehsalını artırmağa çağırıb.

Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən öncə çıxş edən Kuleba deyib ki, “Qərbin” istehsal potensialını gücləndirmək üçün “siyasi iradəsinin olmadığına inanmaq üçün heç bir səbəb yoxdur,” ancaq bu məqsədə çatmaq üçün çoxlu texniki iş görülməlidir.

Kuleba deyib ki, müharibədə təkcə Ukraynanın təhlükəsizliyi deyil, həm də bütöv AvroAtlantika bölgəsinin təhlükəsizliyi təhlükə altındadır. O həmçinin deyib ki, Ukrayna diqqətini ərazi bütövlüyünü təmin etmək məqsədinə yönəlditdiyi bir vaxtda “bizi heç nə durdurmayacaq.”

“Biz davam etməliyik. Biz mübarizə aparmağa davam etməliyik,” Kuleba deyib. Ukrayna Ukrayna geri çəkilməyəcək.”

NATO-nun baş katibi Yens Stoltenberq müxbirlərə deyib ki, Rusiya iqtisadi təzyiqlə üzləşir və bu da onu Çindən daha çox asılı etməyə məcbur edir və hərbi təzyiq də sursat və silah üçün daha çox Şimali Koreya və İrandan asılılıq deməkdir.

NATO-nun rəhbəri Rusiyanın müharibənin əvvəlində əlinə keçirdiyi ərazilərin 50 faizini geri aldığını və Rusiya ordusuna vurduğu texnika və personal itkilərini vurğulayıb. Ancaq o həmçinin Rusiyanı zəif bilməmək əleyhinə xəbərdarlıq edir, çünki Prezident Vladimir Putinin hələ də müharibəyə sadiqdir.

“Rusiya iqtisadiyyatı müharibə vəziyyətindədir,” Stoltenberq bildirib. “Putin itkilərə yüksək dözümlüdür və Rusiyanın Ukraynadakı məqsədləri dəyişməyib.”

Stoltenberq bəzi NATO müttəfiqlərinin Ukraynaya F-16 təyyarələri göndərmək qərarlarını alqışlayıb və deyib ki, təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini və Rusiya hədəflərini vurmaq imkanlarını gücləndirəcək. Lakin o bildirib ki, döyüş meydanında vəziyyəti əsaslı şəkildə dəyişmək üçün tək bir sistem yoxdur və rusları geri çəkmək üçün bir çox sistemin birləşməsinə ehtiyac olacaq.

Stoltenberq deyib ki, müttəfiqlər uzun, çətin döyüşə hazır olmalıdırlar.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya gecə hücumları dalğası zamanı 21 dron və üç raket atıb.

Ordu bildirib ki, Ukraynann hava hücumundan müdafiə sistemləri Ukraynanın qərbində Xmelnitski bögləsinə doğru atılan 21 İran istehsalı Şahed dronlarının hamısını vurub.

Ukrayna qüvvələri həmçinin üç raketdən ikisini də vurub, üçüncü raket isə hədəfinə çatmayıb.

Zərər və ya xəsarətin olmadığı bildirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG