Accessibility links

Ukrayna Rusiyanın 7 raketindən 2-ni vurub, Rusiya isə Ukraynanın 50 dronunu vurduğunu deyir


Ukrayna Hava Qüvvələri məlumat verir ki, Rusiya qoşunları aprelin 20-də Belqorod bölgəsi və Qara dənizdən Ukraynadakı hədəflərə yeddi raket atıb.

Hava qüvvələri bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri iki ədəd Kinjal idarə olunan hava raketini vurub və əlavə edib ki, Rusiyanın üç kəşfiyyat dronu da vurulub.

Rusiya son həftələrdə Ukraynanın hava hücumundan müdafiə sistemləri və sursat ehtiyatlarının azalması fonunda, Ukraynanın enerji infrastrukturuna bir sıra raket və dron hücumlarını kəskin şəkildə artıraraq, mülki vətəndaşlar arasında çox sayda tələfata və böyük ziyana səbəb olub.

Bu arada Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemi aprelin 20-də Rusiyanın səkkiz bölgəsi üzərində 50 Ukrayna dronunu vurub.

Belqorod bölgəsi üzərində 26, Bryansk bölgəsi üzərində 10, Kursk bölgəsi üzərində səkkiz, Tula üzərində iki, Smolensk, Ryazan, Kaluqa və Moskva bölgələrinin hər birinin üzərində bir dron vurulub.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb ki, Belqorodda bir kənddə iki nəfər düşən qalıqların səbəb olduğu yanğın nəticəsində ölüb.

Ukrayna şərh verməyib və iddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG