Accessibility links

"Mən buraya çəkiliş üçün gəlməmişəm, mən buraya döyüşmək üçün gəlmişəm"


"Mən buraya çəkiliş üçün gəlməmişəm, mən buraya döyüşmək üçün gəlmişəm"
please wait

No media source currently available

0:00 0:02:50 0:00

"Mən buraya çəkiliş üçün gəlməmişəm, mən buraya döyüşmək üçün gəlmişəm"

Müharibə başlayanda tanınmış ukraynalı rejissor Alisa Kovalenko son əsəri olan "49-cu ekspedisiya"nın çəkilişlərini başa çatdırmaq üçün Donbasa gedirdi. Film cəbhə xəttində yaşayan və səyahət etmək istəyən, lakin bunu edə bilməyən uşaqlar haqqındadır.

Müharibə Kovalenkonu çəkilişləri təxirə salmağa məcbur etdi. Aprel ayında o, hərbi hissədəki yüksək rütbəli tanışının yardımı ilə Ukrayna Silahlı Qüvvələrinə qoşuldu. "O elə bilirdi ki, mən nəsə çəkməyə gəlmişəm. Mən dedim ki, "əslində, mən bura çəkiliş üçün gəlməmişəm, mən bura döyüşmək üçün gəlmişəm".

Kovalenko haraya getdiyini bilirdi. O, 2014-cü ildə Ukraynanın şərqinə səfərdən sonra "Alisa müharibə dünyasında" adlı sənədli filmi çəkib. Çəkiliş zamanı gənc qadın rusiyapərəst separatçılar tərəfindən beş gün həbsdə saxlanıb. O dəhşətli anlar onun indiki döyüşə getmək qərarını xeyli asanlaşdırıb. “O vaxt mən özümə söz vermişdim ki, əgər Ukraynada nə vaxtsa müharibə başlasa, onu təkcə kameramla izləməyəcəyəm, gedib döyüşəcəyəm”.

Kovalenko mükafata layiq görülmüş sənədli filmin çəkilişləri zamanı nəinki rejissorluq bacarığını təkmilləşdirib, həm də silahlar davranmağı öyrəndiyini xatırlayır. O, digər döyüş bacarıqlarını son iki ayda öyrənib. “Cəbhədə çox şey öyrənirsən. Oraya üç il və ya daha çox xidmət etmiş bir çox oğlan gəlir və sən onların gözlərində qorxu görürsən, onlar özlərini itirilmiş hiss edir.”

Kovalenko Xarkiv vilayətində xidmət edir. Onun beş yaşlı oğlu Teo atası, fransalı jurnalist Stefan Siohan və Alisanın anası ilə birlikdə Fransadadır. “Stefan üçün çətin idi, amma o məni çox yaxşı tanıyır. O bilir ki, əgər qərarımı vermişəmsə, istədiyimi əldə edəcəyəm. Anam üçün də çətin idi”.

Kovalenko oğlu ilə müharibə haqqında mümkün qədər səmimi şəkildə danışmaq qərarına gəlib. “Mən Teo üçün müharibə haqqında kiçik bir blog yazıram. Mən ona nə baş verdiyini deyirəm. Fürsət olanda həmişə zəng edirəm”.

Kovalenko deyir ki, o bu günlərdə kino və ya sənədli filmlər haqqında çox düşünmür. O sadəcə olaraq Ukraynada sülhün olmasını, ailəsinin milyonlarla başqaları kimi evə qayıdıb, özünü təhlükəsiz hiss edə biləcəyini arzulayır.

XS
SM
MD
LG