ABŞ Dövlət Katibi Antoni Blinken şənbə günü bildirib ki, o, Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litvanın Ukraynaya ABŞ istehsalı olan tank və təyyarə əleyhinə raketlər göndərməsinə icazə verib. Bu addım Ukrayna ilə qonşu Rusiya arasında gərginliyik artdığı bir vaxta təsadüf edib.
“Mən NATO müttəfiqləri Estoniya, Latviya və Litvanın Ukraynaya özünü Rusiyanın səbəbsiz və məsuliyyətsiz aqressiyasına qarşı qorumaq imkanını gücləndirmək məqsədilə müdafiə avadanlıqlarının transferini sürətləndirmişəm, təsdiqləmişəm, tam şəkildə dəstəkləyirəm,” Blinken Twitter-də yazıb.
Blinken həmçinin keçmiş Sovet Respublikaları və NATO üzvlərinə “Ukraynaya uzunmüddətli dəstəklətinə görə” təşəkkür edib.
Blinken silahların transferini təsdiq etdiyinə dair açıqlaması Birəşmiş Ştatlar və Rusiyanın Ukrayna üzərində getdikcə daha da artan gərginliklə bağlı çox az irəliləyiş əldə etməsindən bir gün sonraya təsadüf edib. Hər iki tərəf cümə günü keçirilən ən son yüksək səviyyəli danışıqlardan sonra sadəcə olaraq danışıqları davam etdiməyə söz verib.
ABŞ Dövlət Katibi Antoni Blinken və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Cenevrədə bir saaat yarımlıq görüş keçiriblər. Hər iki rəsmi əsas tələblərində güzəştə getməkdən imtina edib.
"Əgər Rusiyanın hərbi qüvvələri Ukrayna sərhədini keçsə, bu yeni bir hərbi müdaxilə olacaq. Bu, Birləşmiş Ştatlar, tərəfdaşları və müttəfiqlərinin sürətli, sərt və vahid cavabına səbəb olacaq,” Blinken görüşdən sonra müxbirlərə bildirib.
Qərb Rusiyanın Ukrayna sərhədinən qoşunlarını və silahlarını geri çəkməsini tələb edir, Moskva isə NATO-nu şərqi və mərkəzi Avropadakı əməliyyatlarını azaltmağa çağırır və Qərbin hərbi alyansını Ukraynanın üzvlük tələbini rədd etməsinini tələb edir.
Blinken deyib ki, ABŞ və müttəfiqləri Rusiyanın narahatlıqlarına cavab verməyə hazırdır, amma bunun üçün şərtləri olacaq.
“Birləşmiş Ştatlar, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız onlara qarşılıqlı münasibət çərçivəsində cavab verməyə hazırdır, bu isə, sadə dillə desək, o deməkdir ki, Rusiya da bizim narahatlıqlarımıza cavab verməlidir,” Blinken deyib.
“Bizim hamımız, o cümlədən Rusiyanın şəffaflığı artırmaq, riskləri azaltmaq, silahlara nəzarəti artırmaq, etimad qurmaq üçün ata biləcəyimiz bir neçə addım var.”
ABŞ rəsmiləri deyir ki, Rusiya Ukrayna ilə sərhədində, o cümlədən Belarus və işğal altında ilan Krımda təxminən 100 min qoşun cəmləşdirib. Blinken bu ayın əvvəlində Moskvanın “çox qısa zamanda bu rəqəmin iki qatı qədər qoşunu səfərbər edə bilə”cəyi barədə xəbərdarlıq etmişdi.
ABŞ və müttəfiqlərinin narahatlıqlarına baxmayaraq Lavron cümə günü Ukrayananı təcavüzkar kimi göstərməyə çalışıb.
“Heç kəs Ukraynaya silahların təhvil verildiyinə və hazırda yüzlərlə hərbi təlimçinin Ukraynaya toplaşdığına dair faktları gizlətmir,” Lavrov deyib.
Buna baxmayaraq Rusiya xarici işlər naziri danışıqları “konstruktiv və faydalı” adlandırıb.
Lavrov həmçinin deyib ki, Kremlin təhlükəsizliklə bağlı tələbləri üzərində danışıqlar davam edəcək və həm Rusiya həm də ABŞ növbəti danışıqlar üçün narahatlıqlarını yazılı şəkildə təqdim etməyə söz verib.
Həm Lavrov həm də Blinken deyib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Co Bayden arasında söhbətin aparılması mümkündür.
Lakin Rusiyanın yeni tələbləri ABŞ-ın müttəfiqləri və tərəfdaşları, o cümlədən NATO-nun sərt cavabı ilə qarşılanıb.