Accessibility links

Yuliya Timoşenkoya qarşı cinayət ittihamları irəli sürülə bilər


Yuliya Timoşenkoya qarşı cinayət ittihamları irəli sürülə bilər
Yuliya Timoşenkoya qarşı cinayət ittihamları irəli sürülə bilər

Ukraynada təhqiqatçılar korrupsiya və səlahiyyətlərindən sui-istifadə etmək ittihamları ilə istintaq altında olan keçmiş baş nazir Yuliya Timoşenkonun yeni cinayət ittihamları ilə qarşılaşa biləcəyini bildirirlər. Xanım Timoşenko 2010-cu ildə məğlub olduğu seçkilərə qədər qeyri-qanuni olaraq1000-dən artıq avtomobil almaqda ittiham edilir. Baş prokurorluq idarəsinin bildirdiyinə görə, Opel tupli avtomobillərin tibbi yardım məqsədilə istifadəsi nəzərdə tutulduğu halda, onlar avadanlıqla təchiz edilməmişlər. Avtomobillərin həmçinin bazar qiymətlərindən yuxarı qiymətə alındığı bildirilir. Xanım Timoşenko öz veb səhifəsində bunların saxta ittihamlar olduğunu bildirib.

XS
SM
MD
LG