Accessibility links

Yuliya Timoşenkonun səhhətində ciddi problemlər yaranıb


Yuliya Timoşenkonun səhhətində ciddi problemlər yaranıb
Yuliya Timoşenkonun səhhətində ciddi problemlər yaranıb

Ukraynanın insan hüquqları məsələləri üzrə rəsmi nümayəndəsi keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenkonun ciddi sağlıq problemlərindən əziyyət çəkdiyini və həbsxanadan kənarda müalicəyə ehtiyacı olduğunu elan edib.

Ombudsman Nina Karpaçeva bu gün həbsxanada xanım Timoşenkonu ziyarət etdiyi zaman onun çarpayıdan qalxa bilmədiyini bildirib. Karpaçevanın sözlərinə görə, 50 yaşlı xanım Timoşenkonun müayinəyəvə həbsxanada xaricində müalicəyə ehtiyacı var. O əlavə edib ki, xanım Timoşenko müstəntiqlər tərəfindən həbsxana otağında dindirilməməlidir.

Yuliya Timoşenko baş nazir olduğu müddətdə Rusiya ilə 2009-cu ildə təbii qaza dair müqavilə imzalanan zaman səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə keçən ay yeddi il həbs cəzasına məhkum edilmişdi. Keçmiş baş nazir ittihamları dəfələrlə rədd edib və məhkəməni prezident Viktor Yanukoviçin siyasi rəqiblərindən azad olmaq üçün siyasi cəzalandırılma kimi qiymətləndirib.

Onun gələn il parlament seçkilərində başlıca müxalifət namizəd olacağı gözlənilirdi.

Birləşmiş Ştatlar və Avropa İttifaqı və insan hüquqları qrupları ittihamların siyasi motiv daşıdığını deyərək qınayıb.

XS
SM
MD
LG