Accessibility links

Ukraynanın hazırda daha çox sursata ehtiyacı var


Ukraynanın hazırda daha çox sursata ehtiyacı var
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Ukrayna rəsmiləri Qərbin, xüsusən də ABŞ-ın gələcək hərbi dəstəyi ilə bağlı narahatlıqlarını dilə gətirir. Hərbi komandirlər deyirlər ki, daha güclü olan Rusiya qüvvələrinə qarşı strateji üstünlüyü bərpa etmək üçün müasir silahlar da daxil olmaqla, onların təcili olaraq əlavə yardıma ehtiyacı var.

Son günlər Ukraynanın şərqindəki döyüş meydanında vəziyyət xeyli pisləşib.

Ukrayna silahlı qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Sırski şənbə günü sosial şəbəkədə Rusiyanın Ukraynanın daha çox ərazisini ələ keçirmək səylərini gücləndirdiyi vaxt şərq cəbhəsində vəziyyətin ağırlaşdığını bildirib.

Mark Voyger Avropa Təhlil Mərkəzinin müdafiə üzrə ekspertidir. O, Ukrayna qüvvələrinin cəbhəni çətinliklə saxlaya bildiyi vaxt Ukraynanın indi daha çox sursata ehtiyacı olduğunu deyir. "Təəssüf ki, Ukraynanın cavab atəşi üçün kifayət qədər sursatı yoxdur. Və buna görə də, əsasən də gecikmələri nəzərə alsaq, indi vəziyyət bir qədər bədbindir. Deyərdim ki, [ABŞ] Konqresində Ukraynaya həyati əhəmiyyət kəsb edən vəd edilmiş 60 milyard dolların verilməsi ilə bağlı siyasət aparılması utancvericidir ".

Əsgəri qüvvə və sursat çatışmazlığı ilə üzləşən Ukrayna parlamenti keçən həftə uzun müddətdir müzakirə edilən, hərbi xidmətə çağırış yaşı olan kişilərin müəyyən edilməsini asanlaşdıracaq qanun layihəsini qəbul edib. Aprelin əvvəlində Ukraynada hərbi xidmətə çağırış yaşı 27-dən 25-ə endirilib.

Rəsmilər Ukraynanın ön cəbhədə və bütöv ərazisində döyüşləri davam etdirmək qabiliyyətindən narahat olduqlarını bildirib. Ukrayna Parlamentinin üzvü Solomia Bobrovska: "Mən Xarkiv və Sumı bölgələrində nə baş verdiyini görürəm və bu, məni çox qorxudur. Qorxuram ki, onlar bu istiqamətdə hücuma keçə bilər."

O, Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücumlarının artması ilə bağlı narahatlığını ifadə edib. "Bu, enerji infrastrukturunu, su təchizatını, qaz təchizatı stansiyalarını tamamilə məhv etmək üçün kifayətdir. İnsanlar Kyivi, iş yerlərini və məktəbləri tərk etməli olacaq".

Keçmiş təhsil naziri Anna Novosad və onun "savED" fondu məktəblərin bərpası üzərində işləyir. O deyir ki, hətta daimi təhlükə qarşısında olsalar belə ukraynalılar heç nədən qorxmur. "Heç kim təslim olmayacaq, insanlar hələ də öz ölkələrini müdafiə etmək əzmindədirlər. Və sorğular göstərir ki, ukraynalıların böyük əksəriyyəti masada ola biləcək hər hansı kompromis üçün Ukraynanın bir qarış ərazisini belə verməyə hazır deyil".

Adrian Bonenberger genişmiqyaslı hərbi müdaxilə başlayanda Ukrayna Müdafiə Qüvvələrinə təlim keçmiş ABŞ veteranıdır. O, ABŞ-ın dəstəyinin azalmasından və Ukraynanın gələcəyindən narahat olduğunu deyir. "Düşünürəm ki, Ukrayna daha çox geri çəkiləcək, müdafiə üçün daha çox döyüşməli olacaq. Daha çox əsgər həlak olacaq. Ukrayna mübarizəni davam etdirəcək, çünki onlara görə onlar bunu etməlidirlər. Rusiya sadəcə olaraq Ukraynanı məhv etmək, ukraynalıları yox etmək istəyir. Amerika üçün, bir amerikalı olaraq mənim üçün, baş verəcək şey insanların Amerikaya inamını və güvənini itirməsidir. İnsanlar deyirlər ki, Amerikanın sözünün heç bir mənası yoxdur, Əfqanıstanı tərk edib, Ukraynanı tərk edir".

Bəzi ABŞ qanunvericiləri iddia edirlər ki, Amerika Ukraynadakı müharibədən daha çox sərhəd təhlükəsizliyi kimi daxili məsələlərə üstünlük verməlidir.

Forum

XS
SM
MD
LG