Accessibility links

Xaricdən olan könüllülər ukraynalıların mübarizəsindən ruhlandıqlarını deyir


Xaricdən olan könüllülər ukraynalıların mübarizəsindən ruhlandıqlarını deyir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Xaricdən olan könüllülər ukraynalıların mübarizəsindən ruhlandıqlarını deyir

Ukraynada Rusiyaya qarşı döyüşən ukraynalılarla bərabər ölkənin mübarizəsindən ruhlanan qeyri-ukraynalılar da var.

Bermud adalarından olan 36 yaşlı könüllü Ceyson Raynd Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə tibbin taktiki əsaslarını öyrədir. "Nəsə etmək istəyirdim. Yardım etmək istəyirdim. Yeni gələnlərə təlim verməyə çox vaxt sərf etmişəm. İki il həkimlik etdim, sonra da polis bölməsində işlədim."

Raynd Atlantik okeanında özünü idarə edən Britaniya ərazisi olan Bermud adaları müdafiə qüvvələrinin keçmiş üzvüdür. O, Ukraynaya mayın sonlarında ABŞ-da yerləşən "Task Force Yankee" yardım qrupunun dəvəti ilə gəlib və gələndən bəri ölkənin hər yerində olub. "Xarkiv, Kramatorsk, Odessa, Nikolayev... Mən Balakliyə də getmişəm."

Kyivdə Ceyson Ukrayna könüllülərinin təlim mərkəzində yaralılara taktiki tibbi yardım üzrə dərs deyir. Martın sonundan bəri bu mərkəz 7000-dən çox insana ilkin tibbi yardım kursunu keçib.

Bu əsas kurslardan sonra könüllülər daha dərin kurs keçə və hərbi tibb işçisi vəzifəsinə müraciət edə bilər.

Bu cür təlim soyadını açıqlamaq istəməyən 30 yaşlı sıravi Antoninin həyatını xilas edib. Donetsk bölgəsindəki "Beynəlxalq Legion"a qoşulmaq üçün iyul ayında Nyu-Yorkdan gələn amerikalı Antoni ayağından və dirsəyindən yaralanıb. "Mən yardım etmək qərarına gəldim. Rusların burada etdikləri dəhşətdir. Mən doqquz il Dəniz Piyadaları Korpusunda xidmət etmişəm. Artilleriya irəliləmə müşahidəçisi kimi üç dəfə İraq və Əfqanıstana getmişəm."

Hazırda ABŞ-ın könüllü əsgəri Kyiv xəstəxanasında müalicə olunur. "Onlar mənə çox yaxşı baxır. İndiyə qədər yeddi əməliyyat keçirmişəm. İndi mənə hərəkətimi bərpa etmək üçün gündə üç dəfə fizio-terapiya müalicəsi edilir" - deyə, Antoni bildirir.

Antoni Ukraynanın qalib gələcəyinə əmindir və Ukrayna əsgərlərinin şücaətinə heyran olduğunu deyir. "Döyüş meydanında onlar cəsur əsgərlərdir, onlar məğlubolunmazdır".

Antoni Milad bayramında Nyu-Yorkdakı qohumlarını ziyarət etməyə ümid edir. Raynd qış tətilindən sonra Ukraynaya qayıtmağı planlaşdırır. O, burada Ukraynaya yardım etməyə davam edən çox sayda amerikalı könüllülərə rast gəldiyini deyir.

XS
SM
MD
LG