Accessibility links

Ukraynalı idmançı Pekində "Müharibəyə yox" şüarı yazılan plakat qaldırıb


Pekindəki Olimpiya oyunlarında skeleton idmanı üzrə yarışan ukraynalı idmançı cümə günü öz çıxışını tamamladıqdan sonra kameralar qarşısına keçərək "Ukraynada müharibəyə yox!" şüarı yazılan plakat qaldırıb.

"Bu mənim mövqeyimdir. Hər hansı normal insan kimi, mən də müharibə istəmirəm. Mən öz ölkəmdə sülh, dünyada da sülh istəyirəm. Bu, mənim mövqeyimdir, ona görə də bunun üçün mübarizə aparıram. Sülh üçün mübarizə aparıram" deyə Vladislav Heraskeviç yarışı bitirdikdən sonra deyib.

Yarışdan qısa müddət sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıya qarşı heç bir tədbir görülməyəcəyini bildirib. İdmançının bu hərəkəti onun Olimpiya Xartiyasının 50-ci maddəsinin pozulması hesab edilib-edilməməsi ilə bağlı sual yaratmışdı. Həmin qaydada qismən qeyd edilir ki, “Olimpiya meydançasında, məkanlarında və ya digər ərazilərdə heç bir nümayişə və ya siyasi, dini, irqi təbliğata icazə verilmir”.

Beynəlxalq Olimpiya Komitəsi cümə günü bildirib ki, "Bu ümumi sülh çağırışı idi. BOK üçün bu məsələ bağlanıb".

Açıalamadan əvvəl idmançı bildirmişdi ki, yarana biləcək hər hansı mümkün fəsadlara görə narahat deyil.

"Ümid edirəm ki, Olimpiada məni bu vəziyyətdə (dəstəkləyəcək). Heç kim müharibə istəmir. Ümid edirəm ki, bu, ölkəmizdə sülhün bərqərar olmasına kömək olacaq" Heraskeviç deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG