Accessibility links

Ukraynada müharibə səbəbilə buğdanın qiyməti artıb


Ukraynada müharibə səbəbilə buğdanın qiyməti artıb
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Ukraynada müharibə səbəbilə buğdanın qiyməti artıb

Rusiya və Ukrayna dünyanın ən böyük buğda ixracatçılarından ikisidir. Rusiyaya qarşı sanksiyalar və Ukraynadakı müharibə qlobal buğda qiymətlərinin artmasına səbəb olurlar.

Bu qarğıdalılar bazara çıxarıldığı bir vaxt, ABŞ-ın Vayominq ştatının şərqindəki Albin şəhərində fermerler dünyanın ən böyük və beşinci ən böyük buğda ixracatçısı olan Rusiya və Ukraynadakı hadisələr səbəbilə sərt qırmızı qış buğdasının qiymətində artım müşahidə edirlər.

Kenni Treman Vayominq Buğda Fermerləri Assosiasiyasının prezidentidir.

“Hamı kimi, onlar da buğdalarını bütün dünyada satışa çıxarırlar. Əgər onların buğdası yoxdursa, o zaman bu boşluğu başqa ölkələr doldurmalıdırlar. Bu problemin bir hissədir. İndi isə onlar yaz buğdasının bir hissəsini əkməyə başlamalı olduqları nöqtədədirlər. Amma hazırda onlarda müharibədir və bu da çox şeyə mane olur,” o deyir.

Bu qeyri-müəyyənlik səbəbilə fermer Teron Anderson internetdə əmtəə qiymətlərini, o cümlədən qonşu Nebraskada buğda bazarındakı qiymətləri yoxlayır.

“Qarğıdalı hardasa 10-adır. Kimbalda buğdanın qiyməti 9 dollar 48 sent idi,” o deyir.

Vayominqdə qış buğdası hələ dörd ay sonra yığılacaq. Anderson qiymətlər belə qalsa avqustda daha çox fermerin buğda əkəcəyini gözləyir.

“Hər dəfə artım olanda, bu bizim xoşumuza gəlir, əsasən də ona görə ki, ən yaxşı halda, bizim qiymətlərimiz elə olur ki, bizə çox qazanc qalmır. Indi isə qiymətlər yaxşıdır. Bu belə davam edəcəkmi? Ümid edirəm, amma buna arxalanmıram,” o deyir.

Vayominqin paytaxtı Ceyendə qanunvericilər və lobbiçilər, ələlxüsus da Hindistandan daha çox buğdanın ixrac olması ilə yüksək qiymətlərin nə qədər tez düşə biləcəyini başa düşürlər.

Kit Kennedi Vayominq Buğda Alqı-Satqı Komissiyasının icraçı direktorudur.

“Pazzlın çox hissəsi var. Məsələ təkcə “”qiymətlər yüksəkdir, biz də buğda əkəcəyik” qədər bəsit deyil. Hava kifayət qədər nəmlidirmi ki, mən bu il yaz məhsulu yetişdirib, qeyri-müəyyənliyin olduğu bir vaxt yüksək qiymətlərdən faydanala bilim?” o deyir.

Qiymət artımı buğda fermerlərinin taxıllarından daha çox pul qazanmasına gətirib çıxara bilsə də, onlar deyir ki, Ukraynadakı müharibənin səbəb olduğu digər qiymət artımları buğda qiymətinin artımının böyük hissəsini kompensasiya edir.

“Dünyadakı fosfat və potaşın böyük bir hissəsi Ukrayna və Rusiyadan gəlir. İndi onların tədarükü kəsildiyi və Çindən də ixraclar məhdud olduğu üçün gübrədəki vəziyyət səbəbilə fermerlər rentabellik baxımından bir il öncə ilə eyni vəziyyətdədirlər,” Kit Kennedi deyir.

Yüksək dizel qiyməti buğdanı yığıb, daşımağı bahalaşdırır. Treman dizelin qiymətinin buğdanın qiymətindən daha uzun müddət yüksək qalacağını təxmin edir.

“Orada nə olacağından asılı olmayaraq, nəticədən, əraziyə kimin nəzarət edəcəyindən asılı olmayaraq, buğda orada olacaq. Onlar yenidən buğda əkməyə davam edəcəklər,” o deyir.

Sənaye analitikləri ABŞ istehlakçılarının tam buğdadan hazırlanan çörəyin qiymətində 3-5 sent artımla üzləşəcəklərini gözləyirlər. Qiymətin nə olacağını iyun ayının sonu və iyul ayının əvvəlində, Ukrayna buğdası toplanmağa hazır olduğu zaman müharibədəki vəziyyət müəyyən edəcək.

XS
SM
MD
LG