Accessibility links

Ukraynanın cənub və şimalında fərqli mənzərə


Ukraynanın cənub və şimalında fərqli mənzərə
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Ukraynanın cənub və şimalında fərqli mənzərə

USAGM SHARE

((PLAYBOOK SLUG: HFR Ukraine War Towns TV

HEAD: A Firehouse and a Post Office on Opposite Ends of Ukraine War

SUBHEAD: In the war zone’s south, civilians begin to recover as northeastern families prepare to flee.

PUBLISHED AT: 09/10/2023 at 4:12

BYLINE: Heather Murdock

DATELINE: VELYKA NOVOSILKA AND KUPIANSK, Ukraine

VIDEOGRAPHER: Yan Boechat

VIDEO EDITOR:

SCRIPT EDITORS: Aru Pande,

VIDEO SOURCE (S): VOA ORIGINAL

PLATFORMS (mark with X): WEB __ TV X RADIO x_

TRT: 2:27

VID APPROVED BY: mia

TYPE: TVPKG/RADIO

EDITOR NOTES: pairs with web story))

Rusiya Ukraynada müharibə zonasının şimal hissəsində Kupyansk şəhərinə yaxınlaşdığı və cənubdakə şəhərlərdən geri çəkildiyi bir vaxt, şəhər işçiləri cəbhə xəttinə yaxın yanğınsöndürmə idarəsi və poçt şöbəsində işlərinin başındadırlar. Anxaq onların hamısı müharibədən uzaqlaşıb təhlükəsiz bir yerə getməyə ümid edirlər.

Bu yanğınsöndürmə idarəsinin birinci mərtəbəsində sevincli olmaq üçün bir səbəb var. Müharibə bitməyib, amma Ukrayna əks-hücumu çərçivəsində hər bir metr üçün acı mübarizə apardığı bir vaxt, yavaş-yavaş uzaqlaşır.

Keçmiş yanğınsöndürənlər deyir ki, buraya, Velika Novosilkaya gündə altı-yeddi dəfə bomba atılır və bu da bu Ukrayna şəhərini sakinlərin burada bir gələcək təsəvvür etmələri üçün kifayət qədər təhlükəsiz edir.

“İndi daha səssiz, çox daha səssiz və dincdir. Hələ də atışma olur, amma sizə deyirəm, çox saha sakitdir. İnsan daha çox bayıra çıxır, marketə gedir. Vəziyyət daha təhlükəsizdir,” keçmiş yanğınsöndürən Andriy deyir.

Ancaq təxminən altı saat uzaqda, Ukraynanı müharibə zonasının digər ucunda yerləşən Kupyansk şəhərində döyüş yaxınlaşır. Bu poçt şöbəsində eakuasiaya hazırlaşan sakinlər dəyərli əşyalarını başqa yerlərə göndərirlər.

“Bəlkə də şəhər bombalanacaq və heç nə qalmayacaq… mən də gedəcəm. Mən ən vacib şeyləri göndərirəm,” Kupyansk sakini Nina deyib.

Təxminən bir il öncə Ukrayna Rusiyanın altı ay davam edən işöalından sonra Kupyanskı geri alıb. Belə görünür ki, Rusiya yenidən şəhərə göz salıb və sakinlər yaxında tammiqyaslı hücumun olacağından qorxurlar.

Bu arada isə Ukrayna hökuməti şəhərlə əlaqəsinin kəsiləcəyini gözlədiyi üçün poçt işçiləri insanlara aylarla əvvəlcədən verilmiş pensiyaları çatdırırlar. Rusiyanın işğalı altında şəhərdə qalan bir çox ailə indi artıq oranı tərk edir. Poçt işçiləri deyir ki, onların iş yeri bağlananda, onlar da gedəcəklər.

“Biz bu poşt şöbəsi açıq qalanadək burada qalıb, işləyəcəyik,” Kupyansk poçt şöbəsinin meneceri Svitlana Oleynikova deyib.

Əks-hücumun olduğu yerlərin yaxınlığındakı Velika Novosilkada müharibənin uzaqlaşmasına baxmayraq, yerli sakinlər geri qayıtmır.

Evlər dağılıb və ən son döyüşlərdə cəsarətlə döyüşənlərin çoxu öz bağçalarında basdırılıb.

Ancaq yanğınsöndürmə idarəsində şəhərdə qalan sakinlər müharibədən saxladıqları xəzinələri nümayiş etdirirlər və bir gen müharibə bitəndə muzey açmağı müzakirə edirlər.

Onlar deyir ki, bombardmanın azalması onlara şəhərin geri gələcəyinə dair ümid və bəlkə də, rəqs etmək üçün bir səbəb verir.

Forum

XS
SM
MD
LG