Accessibility links

Qərbin verdiyi silahlar Ukraynanın işğalçı rus qoşunlarını geri oturtması üçün kifayət edəcəkmi?


Qərbin verdiyi silahlar Ukraynanın işğalçı rus qoşunlarını geri oturtması üçün kifayət edəcəkmi?
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Qərbin verdiyi silahlar Ukraynanın işğalçı rus qoşunlarını geri oturtması üçün kifayət edəcəkmi?

İlk Qərb tankları Ukraynaya bu həftə gəlib və daha onlarla tankın yaxın aylarda gəlməsi gözlənilir. Bu, Kyivin işğalçı rus qoşunlarını geri çəkməsi üçün kifayət edəcəkmi?

Britaniyanın "Challenger 2" tankları Ukraynada döyüşə hazırdır. Ukrayna müdafiə naziri Oleksiy Reznikov: "Ukraynadan Böyük Britaniyaya böyük təşəkkürlər".

On dörd "Challenger" tankı Ukraynaya yola düşür. Britaniyanın müdafiə naziri çərşənbə günü deyib ki, Ukraynanın qarşıdakı hər hansı hücumu ilə bağlı spekulyasiya edə bilməz. Britaniyanın müdafiə naziri Ben Uolles: "Amma zənnimcə, Ukraynanın münaqişədə Rusiya qüvvələrinin geri göndərmək prosesinə başlamaqda maraqlı olduğu heç kimə sirr deyil. Aydındır ki, Rusiya qüvvələri demək olar ki, heç bir irəliləyiş əldə etmir".

Almaniya da həmçinin Ukraynaya 18 qabaqcıl "Leopard 2" döyüş tankını təhvil verdiyini təsdiqləyib. Kanada və Norveç də bir neçə "Leopard" göndərib. Avropalı komandirlər deyirlər ki, bu, tarazlığı Ukrayna qüvvələrinin xeyrinə dəyişə bilər. Aİ Təlim Missiyasının Komandanı, vitse admiral Erve Blejan: "Onlar, belə desək, əsgər sunamisi ilə üzləşirlər, ona görə də, cəbhə xəttini qoruyurlar. Onlar "Leopard" kimi daha yaxşı tankları işə cəlb edə bilsələr, irəliləyə və əks hücuma keçə biləcəklər".

Hərbi ekspertlər hesab edirlər ki, hazırda Ukraynada onlarla Qərb tankı var. Bu, Rusiyanın müdafiəsini yarmaq üçün kifayətdirmi? Bat Universitetindən təhlilçi Patrik Beri: "Hazırda bu, yəqin ki, kifayət deyil, mənim təxminim belədir. Lakin bu, yenə də kifayət qədər çoxdur. Bir-iki batalyon öndə gedə bilər".

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə hər hansı əks-hücum əməliyyatına başlamazdan əvvəl qüvvələrinin daha çox Qərb silahına ehtiyacı olduğunu deyib. Patrik Beri: "Sual olunur, Ukrayna Qərbin silahlarını qoruya, istifadə edə və cəmləşdirə bilərmi ki, onlar Rusiyanın daha yaxşı hazırlanmış ön xətlərini keçə bilsinlər? Söhbət təkcə tanklardan getmir, mən belə başa düşürəm ki, söhbət Ukraynanın əldə etdiyi çox sayda zirehli piyada döyüş maşınlarından gedir. Beləliklə, onlar tankları müşayiət edir. Söhbət həm də artilleriya qurğularından, onların öz silahları üçün ehtiyacları olan mərmilərdən, həmçinin daxil olan yeni artilleriya qurğularından gedir. Beləliklə, önəmli olan bunların hamısını bir araya gətirərək, ön cəbhəni necə yaracağınızdır, əgər bunu edəcəksinizsə."

Yerdəki vəziyyət dəyişir. Baharda donmuş tarlalar əriyərək bataqlığa çevriləcək. "Bu, hərəkətləri və manevrləri çətinləşdirir" deyir Patrik Beri.

Qərb dövlətləri Ukraynaya onlarla əlavə tank və digər ağır silahlar vəd edib. Slovakiya və Polşa Ukraynaya “Miq-29” qırıcıları göndərir.

Rusiya isə sursat istehsalını artırdığını bildirib. Britaniya kəşfiyyatının cümə axşamı verdiyi məlumata görə, Moskva əlavə 400 min hərbçi cəlb etmək üçün kampaniyaya hazırlaşır.

XS
SM
MD
LG