Accessibility links

Zaporijye Atom Elektrik Stansiyasında ixtisaslı işçi çatışmazlığı yaşanır


Ukraynanın dövlət atom elektrik stansiyasının operatoru çərşənbə günü Rusiyanın Zaporijye Atom Elektrik Stansiyasına xidmət edən 3000-dən çox işçini təxliyə etməyi planlaşdırıldığı barədə xəbərdarlıq edib.

Enerqoatom Telegram kanalında yazıb ki, Avropanın ən böyük atom elektrik stansiyasında "hazırda fəlakətli şəkildə ixtisaslı kadr çatışmazlığı yaşanır".

Rusiya bu ərazini Ukraynaya genişmiqyaslı işğalının ilkin mərhələsində işğal edib.

Enerqoatom-un bildirdiyinə görə, Enerhodar şəhərində yaşayan ukraynalı işçilərin yeni təxliyəsi Zaporijye Atom Elektrik Stansiyasının "istismarını təhlükəsiz təmin etmək üçün kifayət qədər kadra malik olmaması kimi son dərəcə ağır problemi daha da ağırlaşdıracaq".

Şirkət Ukraynanın nəzarəti altındakı ərazilərdəki işçilər və Ukraynanın digər atom elektrik stansiyalarının mütəxəssislərini bir araya gətirərək, işin təhlükəsiz təmin edilməsi üçün əlindən gələni edəcəyini bildirib.

BMT-nin nüvə nəzarəti orqanı Zaporijyenin həm yaxınlıqdakı döyüşlər, həm də işçi heyətinin təhlükəsizliyi ilə bağlı narahatlığını dəfələrlə vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bazar günü bildirib ki, stansiya ətrafındakı vəziyyət "getdikcə gözlənilməz və potensial təhlükəli hal alıb".

"Biz ciddi nüvə qəzası təhlükəsinin, onun əhali və ətraf mühitə nəticələrinin qarşısını almaq üçün indi hərəkətə keçməliyik. Bu böyük nüvə obyekti qorunmalıdır" - deyə, Qrossinin bəyanatında bildirilib.

XS
SM
MD
LG