Accessibility links

Zelenski Zaporijye vilayətinə səfər edib və ön cəbhədə hərbçilərlə görüşüb


Ukrayna PrezidentinİN mətbuat xidmətinin çərşənbə axşamı bildirdiyinə görə, prezident Volodimir Zelenski ölkənin cənub-şərqində yerləşən Zaporijye vilayətinə səfər edərək, əks-hücum əməliyyatında iştirak edən hərbçilərlə görüşüb.

Ukrayna rəhbərliyinin yaydığı videoda Zelenskinin hərbi heyətin nümayəndələri ilə birlikdə Orexov şəhəri yaxınlığındakı 46-cı aero-mobil briqadasının ön cəbhədəki komandanlıq məntəqəsində döyüş əməliyyatlarının xəritəsini nəzərdən keçirdiyi göstərilir.

Məlumatda qeyd olunub ki, Zelenski komandirlərin cavabdehlik zonalarındakı cəbhə sektorlarında döyüş əməliyyatlarının gedişi ilə bağlı hesabatlarını dinləyib, briqada və batalyon komandirləri ilə onların bölmələrinin üzləşdiyi problemləri müzakirə edib.

Zelenski Melitopolu almaq istəyən briqadalar haqqında "onlar istədikləri nəticəyə doğru addım-addım irəliləyirlər" deyib.

Kyiv dəfələrlə əks-hücum üçün daha çox Qərbin zirehli texnikası, tankları və müasir təyyarələrinə ehtiyac olduğunu bəyan edib.

"Hərbçilər düşmənin təyyarələri və pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaq üçün elektron döyüş texnikası və ön cəhbədə hava hücumundan müdafiə sistemlərinin yaradılmasının vacibliyini vurğulayır. Dronlara da ehtiyac var, belə ki, onlardan hücum əməliyyatlarında çox istifadə olunur", Ukrayna prezidentinin mətbuat xidmətinin bəyanatında deyilib.

Forum

XS
SM
MD
LG