Accessibility links

Ukraynanın Müstəqillik Günündə qatar stansiyasına edilən raket hücumu 25 nəfərin ölümünə səbəb olub


Avqutsun 24-ü, Ukraynanın Müstəqillik Günündə Rusiya qüvvələri qatar stansiyasına olan raket zərbəsi endirib və nəticədə 25 nəfər həlak olub. Bu, Prezident Volodimir Zelenskinin günlərlə Moskvanın bu həftə ərzində “xüsusilə qəddar bir addıma” cəhd edə biləcəyi barədə xəbərdarlığından sonra baş verib.

Ukrayna xəbər agentliklərinin Zelenskinin video vasitəsilə BMT Təhlükəsizlik Şurasına verdiyi məlumata istinadən bildirdiyinə görə, ölümcül hücum mərkəzi Dnepropetrovsk vilayətinin təxminən 3500 əhalisi olan Çapline qəsəbəsinə edilib. Prezidentin ofisi həmçinin bildirib ki, səhər saatlarında qəsəbəyə edilən hücum zamanı 11 yaşlı uşaq da həlak olub.

“Bugünkü ağrımız Çaplinedir” Zelenski gecə xalqa etdiyi video müraciətində deyib.

Daha əvvəl Zelenski yaralıların sayının 50-yə yaxın olduğunu desə də, sonra ofisi 5 sərnişin vaqonunun vurulduğu hücumda 22 nəfərin yaralandığını bildirib.

Ukrayna 1991-ci ildə Ukraynanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etməsini qeyd edən milli bayramı ərəfəsində xüsusilə ağır hücumlara hazırlaşıb.

Müstəqillik gününə bir neçə gün qalmış Kyiv hökuməti raket zərbələrindən ehtiyat edərək, cümə axşamına qədər paytaxtda böyük toplantıları qadağan edib.

Son aylar xeyli dərəcədə sakit olan Kyiv sakinləri çərşənbə günü hava hücumu xəbərdarlığı sirenlərinin səsinə oyansalar da, şəhərə zərbələr endirilməyib. Gün ərzində ən ciddi hücum qatar stansiyasında olmaqla, ölkənin şərqində, qərbində və mərkəzində Rusiyanın bombardmanları ilə bağlı xəbərlər verilib.

Böyük Britaniyanın istefaya getməkdə olan Baş naziri Boris Conson bayramı Kiyevə səfəri ilə qeyd edib. Bu onun müharibə başlayandan bəri üçüncü səfəridir.

ABŞ Prezident Co Bayden Ukrayna qüvvələrinə qarşıdakı illərdə mübarizə aparmağa yardım etmək üçün təxminən 3 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

XS
SM
MD
LG