Accessibility links

Zelenski 9 Mayın Ukraynada "Avropa Günü" kimi qeyd edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib


Ukrayna prezidenti Volodimir Zelenski 9 Mayın Ukraynada rəsmi olaraq "Avropa Günü", 8 Mayın isə "Anım və Nasizm Üzərində Qələbə Günü" kimi qeyd olunması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdiyini bəyan edib.

Rusiya mayın 9-da İkinci Dünya Müharibəsindəki qələbəni “Qələbə Günü” kimi qeyd edir.

Keçmiş Sovet respublikası olan Ukrayna 2015-ci ildən bəri Müttəfiqlərin İkinci Dünya Müharibəsindəki qələbəsini həm mayın 8-i, həm də mayın 9-u tarixlərində qeyd edir. Zelenski Ukraynanın mayın 8-də əksər Avropa ölkələri ilə birlikdə "Qələbə Günü"nü qeyd etdiyi zaman video müraciətində deyib ki, İkinci Dünya Müharibəsində nasist Almaniyası məğlub olduğu kimi Rusiya qüvvələri öz ölkəsində məğlub olacaq.

"Vermaxtın qeyd-şərtsiz təslim olması aktı məhz 1945-ci il mayın 8-də qüvvəyə minib. Məhz mayın 8-də dünya həmin müharibədə həyatını itirmiş bütün insanların xatirəsini ehtiramla yad edir", Zelenski deyib.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə işarə edərək “İndi şərə qarşı birlikdə dayandığımız kimi, biz şəri birlikdə məhv etdik” deyib.

"Bütün azad Avropa ilə birlikdə biz 9 Mayı Ukraynada "Avropa Günü" - əsası sülh olacaq "Birləşmiş Avropa" [günü] kimi qeyd edəcəyik. Ukrayna həmişə [Avropanın] bir hissəsi olub, var və olacaq" - deyə, Zelenski əlavə edib.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın 9 May Qələbə Gününü Ukraynanın nasist Almaniyasında olduğu kimi faşizmin əsiri olması ilə bağlı arqumentini təbliğ etmək üçün istifadə edib. İttiham Kyiv və onun müttəfiqləri tərəfindən Rusiyanın 2022-ci ildə Ukraynaya əsassız müdaxiləsi üçün bəhanə kimi istifadə kimi qiymətləndirilib.

Rusiyanın 20-dən çox şəhəri bu il Qələbə Günü paradlarını ləğv edib, Moskvada isə mərasimlər azaldılıb.

Ukrayna kəşfiyyatının Moskvanın Qələbə Gününü qeyd etdiyi mayın 9-u Rusiyanın təxribatlarının mümkünlüyü barədə xəbərdarlıq etdiyi bir vaxt, Kyivin hərbi komandanlığı mayın 8-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 35 pilotsuz təyyarə və 16 raketi məhv etdiyini bildirib.

XS
SM
MD
LG