Accessibility links

Ukrayna Rusiyanı təcridə, Ukrayna ordusuna daha çox hərbi yardıma çağırır


Ukrayna çərşənbə günü öz himayədarlarını Rusiyaya "onun ilhaq, şantaj və ultimatum cəhdlərinin" fevral ayında Rusiya qüvvələrinin işğalı ilə başlayan bu münaqişədə Ukrayna tərəfə daha çox dəstək verəcəyini açıqlamağa çağırıb.

"Ukrayna Avropa İttifaqı, NATO və "Böyük Yeddillər" qrupunu Rusiyaya təzyiqi dərhal və əhəmiyyətli dərəcədə artırmağa, o cümlədən yeni sərt sanksiyalar tətbiq etməyə, eləcə də bizə tanklar, döyüş təyyarələri, zirehli texnikalar, uzaqmənzilli artilleriya, zenit və raket hücumundan müdafiə vasitələri də daxil olmaqla, Ukraynaya hərbi yardımını əhəmiyyətli dərəcədə artırmağa çağırır", Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Müraciət Luhansk və Xersonda Rusiya tərəfindən təyin edilmiş liderlərin çərşənbə günü Rusiya prezidenti Vladimir Putinə sakinlərin istəyini əsas gətiərək, həmin ərazilərin ilhaqı ilə bağlı müraciəti zamanı edilib.

Rusiya tərəfindən təyin edilmiş rəsmilər bildiriblər ki, beş gün ərzində Zaporijyedə səsvermə zamanı verilən bülletenlərin 93%-i, Xersonda 87%, Luhanskda 98%, Donetskdə isə 99% ilhaqı dəstəkləyib. Regionlar birlikdə Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edir.

Ukrayna, ABŞ və digər Qərb ölkələri qanunsuz olduğunu dedikləri referendumları pisləyib. Onların beynəlxalq səviyyədə tanınma ehtimalı çox azdır.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasına deyib ki, Rusiya onun ölkəsində keçirdiyi saxta referendumlara görə beynəlxalq səviyyədə təcrid olunmalıdır.

Zelenski video vasitəsilə "Bütün bunları dayandırmağın yalnız bir yolu var - Birincisi bu, Rusiyanın etdiklərinə cavab olaraq tam təcrid olunmasıdır" deyib.

Onun sözlərinə görə, Moskvaya qarşı daha çox sanksiya tətbiq edilməli, o, BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməli və bütün beynəlxalq qurumlardakı fəaliyyəti dayandırılmalıdır.

"İşğal edilmiş ərazilərin ilhaqı BMT Nizamnaməsinin ən kobud şəkildə pozulmasıdır. Bu, başqa dövlətin ərazisini oğurlamaq cəhdidir. Bu, beynəlxalq hüquq normalarını silmək cəhdidir" - deyə, Ukrayna prezidenti bildirib.

Zelenski deyib ki, Moskva bu əraziləri ilhaq etsə, bu, "Rusiya prezidenti ilə danışmağa heç nəyin qalmadığı anlamına gələcək".

BMT-nin siyasi məsələləri üzrə rəhbəri Rosmari Dikarlo şura üzvlərinə referendumların "xalqın iradəsinin həqiqi ifadəsi deyili" deyib.

Ukrayna və Qərbin ərazilər ilhaq edilərsə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbi qüvvələrinin torpaqları geri almaq cəhdini Rusiyanın özünə hücum kimi qiymətləndirəcəyi ilə bağlı narahatlıqları var.

XS
SM
MD
LG