Accessibility links

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 37 pilotsuz təyyarəsindən 33-nü məhv etdiyini bildirib


Martın 8-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 37 “Şahed” tipli pilotsuz uçuş aparatı, bir "S-300" hava hücumundan müdafiə sistemli raket və iki "Kh-59" təyyarə raketindən istifadə edərək hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kirovohrad, Odesa, Xerson, Mikolayiv və Xarkiv vilayətlərində 33 pilotsuz təyyarə vurulub.

Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin komandanlığı Odesa vilayətində uzun müddətdir bağlı olan infrastruktur obyektinin zədələndiyini bildirib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Xarkiv Vilayət Prokurorluğu mətbuat xidmətinin xəbər verdiyinə görə, Çuqev şəhərinə hücum zamanı biri uşaq olmaqla, 7 nəfər yaralanıb. İlkin məlumatlara görə, zərbə Belqorod vilayəti ərazisindən "S-300" hava hücumundan müdafiə sistemindən endirilib.

Dnepropetrovsk vilayətinin Nikopol rayonunda üç fərdi yaşayış evi və bir tikili zərər görüb. Region administrasiyasının rəhbəri Serhiy Lısak xəsarət alanın olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi də öz növbəsində 16 pilotsuz təyyarənin vurulduğunu bəyan edib. Keçən gecə bir pilotsuz təyyarə Belqorod vilayətinin, on biri Volqoqrad vilayətinin ərazisi üzərində vurulub. Moskva vaxtı ilə səhər saat 7-də Volqoqrad vilayətinin ərazisində dörd pilotsuz təyyarə vurulub.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun dediyinə görə, itki və dağıntı yoxdur.

Forum

XS
SM
MD
LG