Accessibility links

Ukraynanın müdafiə naziri döyüş təyyarələri ilə bağlı çağırışlar fonunda Fransada səfərdədir


Oleksii Reznikov
Oleksii Reznikov

Çərşənbə axşamı Ukraynanın müdafiə naziri Oleksii Reznikovun Parisdə Fransa liderləri ilə görüşündə Ukraynanı döyüş təyyarələri ilə təchiz etmək məsələsinin gündəmdə olacağı gözlənilir.

Ukrayna rəsmiləri Qərb müttəfiqlərini Rusiyanın işğalı ilə daha yaxşı mübarizə aparmaları üçün onlara döyüş təyyarələri göndərməyə çağırıb, amma hələ ki, bu çağırışlar ehtiyatlılıqla qarşılanıb.

Fransanın Ukraynaya döyüş təyyarələri göndərməyi nəzərdən keçirib-keçirməyəcəyinə dair suala cavabda Fransa prezidenti Emmanuel Makron bazar ertəsi deyib ki, “heç nə istisna edilməyib.” Ancaq o bunun üçüm bir sıra şərt ilə sürüb. Bunlara avadanlğın Rusiya torpağına dəyməyəcəyi, bunun gərginliyin artmasına səbəb olmayacağı və “Fransa ordusunun imkanlarını zəiflətməyəcəyi” daxildir.

Birləşmiş Ştatlarda prezident Co Bayden bazar ertəsi Ağ Evə gəldiyində müxbirlər ondan Ukraynanı F-16 döyüş təyyarələri ilə təmin edib-etməyəcəyini soruşublar. Bayden buna “xeyr” deyə cavab verib.

Ötən həftə Birləşmiş Ştatlar və Almaniya Ukraynaya tanklar göndərməyi vəd edib. Almaniya bundan öncə həftələr boyu müasir Leopard 2 tanklarını göndərməkdən çəkinirdi.

Polşanın baş naziri Mateuş Moravietski bazar ertəsi Ukraynaya əlavə hərbi yardın vədlərinin olma ehtimalına işarə edib və deyib ki, “Ukraynanın müdafiə imkanlarını gecləndirməyə yönəlmiş hərəkətlər bzim NATO tərəfdaşlarımızla məsləhətləşmə prosesindədir.”

Çərşənbə günü Yaponiyada NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin daha geniş mümkün təsirlərini vurğulayıb. O deyib ki, “ bu gün Avropada baş verənlər sabah Şərqi Asiyada baş verə bilər.”

“Əgər prezident Putin Ukraynada qalib gəlsə, bu avtoritar rejimlərin məqsədlərinə qəddar güclə çata biləcəkləri ilə bağlı mesaj göndərəcək,” Stoltenberq Yaponiyanın baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında deyib. “Pekin yaxından izləyir və gələcək qərarlarına təsir göstərə biləcək dərslər çıxarır,” o əlavə edib.

Stoltenberq həmçinin Yaponiyanın Rusiyaya qsrşı sanksiyalarını və “Ukraynaya əhəmiyyətli dəstəyini” alqışlayıb.

Onun Yaponiyaya səfəri Cənubi Koreyanı Ukraynaya birbaşa hərbi yardım göndərməyə çağırmasından bir gün sonraya təsadüf edir. Seul höküməti artan silah ixracatçısıdır və ABŞ-ın dəstəklədiyi yaxşı təchiz olunmuş orduya malikdir.

Çərşənbə axşamı belə bir dəstəyin olub-olmayacağına dair suala cavab olaraq Cənubi Koreyanın müdafiə naziri Li Conq-Sup Seulda ABŞ müdafiə naziri Lloyd Austinlə görüşdən sonra müxbirlərə deyib ki, “biz diqqətimizi Ukraynadakı vəziyyətə yönəltmişik.”

XS
SM
MD
LG