Bazar ertəsi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin gecə saatlarında Rusiyanın 8 pilotsuz təyyarənsini vurduğunu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin Mikolayiv, Dnepropetrovsk, Xmelnitski və Rivne daxil olmaqla, ölkənin bir neçə bölgəsində məhv edildiyini bildirib.
Rusiya hücumları zamanı pilotsuz təyyarələrdən əlavə 3 “S-300” raketi də atıb.
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü “müdafiə koalisiyalarımızın silah, sursat və nəqliyyat vasitələri ilə təchizatında dayanmadan artırılmasını” görməyin vacib olduğunu deyib.
Zelenski şərhini NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Rusiya ilə öz torpaqlarında döyüşmək üçün lazım olan dəstəyi almağa davam etməzsə, bunun ABŞ, Avropa və dünyanın digər bölgələri üçün daha həssas məsələ olacağı barədə xəbərdarlığından sonra edib.
Stoltenberq deyib ki, belə bir ssenari dünyanın digər bölgələrindəki avtoritar rejimləri digər torpaqları ələ keçirməsinə də sövq edə bilər.
Fox News Sunday televiziyasına müsahibəsi zamanı Stoltenberq həmçinin bildirib ki, Pekin NATO-nun Putinin Ukraynaya müdaxiləsinə reaksiyasını diqqətlə izləyir. NATO rəhbəri "Bu gün bu Ukraynadır, sabah Tayvan ola bilər" deyib.
Stoltenberq NATO-nun İkinci Dünya Müharibəsindən sonra 2024-ün ən böyük hərbi təlimlərinin Pekin və Moskvanın reaksiyasına səbəb olub-olmayacağı sualını cavablandırarkən, Şimali Atlantika Alyansının müharibəyə başlamaq deyil, müharibənin qarşısını almaq məqsədi daşıdığını deyib.
Steadfast Defender 24 əməliyyatı yaxın aylarda Avropada keçiriləcək təlimlərdə təxminən 90 min NATO hərbçisinin iştirak edəcəyi təlimlərdə 50 dəniz gəmisi, 80 təyyarə və 1100-dən çox döyüş maşını iştirak edəcək.
Stoltenberq bu həftə ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmiləri və qanunvericiləri ilə görüşərək, hazırda ABŞ-ın sərhəd siyasəti və digər siyasi məsələlərlə bağlı mübahisəyə görə Konqresdə sıxışıb qalan Ukraynaya maliyyənin davam etdirilməsinə çağıracaq.
Forum