Accessibility links

Ukrayna Xarici İşlər Nazirliyi: Ukraynanın Avropadakı yeddi səfirliyi naməlum şəxslərdən heyvan gözləri olan bağlamalar alıb


İspaniya
İspaniya

Naməlum şəxslər Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriyadakı səfirliklərinə, habelə Ukraynanın Neapol, Krakov və Brnodakı konsulluqlarına heyvan gözləri olan bağlamalar göndərib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko Facebook-da məlumat verib.

"Bağlamaların içərisində heyvanların gözləri var idi. Çantaların özləri xarakterik rəngli maye ilə isladılmış və müvafiq qoxuya malik idi. Biz bu mesajın mənasını öyrənirik" - deyə, Nikolenko qeyd edir.

Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Vatikandakı Ukrayna səfirinin mənzilinin girişini kimsə dağıdıb və Ukraynanın Qazaxıstandakı səfirliyinə minalanma ilə bağlı yalan məlumat daxil olub, sonradan bu, təsdiqini tapmayıb. Həmçinin Ukraynanın ABŞ-dakı səfirliyinə şübhəli məktub gəlib - orada Ukraynanı tənqid edən məqalənin fotosurəti var.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba baş verənləri "Ukrayna səfirlikləri və konsulluqlarına qarşı yaxşı planlaşdırılmış terror və hədə-qorxu kampaniyası" adlandırıb. O, bütün diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Bundan əvvəl Madriddəki Ukrayna səfirliyində partlayış baş verib. Cihaz Ukrayna səfiri üçün paketlərdən birində olub. Zərflər və bombalar olan qutular bir sıra İspaniya departamentləri, o cümlədən Ukraynanı silahla təchiz edən şirkət, İspaniyanın baş naziri Pedro Sançes, İspaniya Müdafiə Nazirliyi və Torrexon de Ardoz aviabazasının peyk mərkəzi tərəfindən qəbul edilib.

XS
SM
MD
LG