Accessibility links

Ukrayna hərbçiləri Krım yaxınlığında Rusiya gəmisini məhv etdiyini bildirib


Rusiyanın "Sezar Kunikov" gəmisi
Rusiyanın "Sezar Kunikov" gəmisi

Ukrayna ordusunun çərşənbə günü bildirdiyinə görə, Qara dənizdə, Rusiyanın işğalı altında olan Krım yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus böyük desant gəmisini məhv edib.

Ukrayna hərbçiləri Rusiyanın hücuma məruz qalan "Sezar Kunikov" gəmisinin hücum zamanı Alupka şəhəri yaxınlığındakı sularda olduğunu bildirib.

Rusiya bununla bağlı şərh verməyib.

Təxminən iki il əvvəl Rusiya Ukraynaya genişmiqyaslı təcavüzə başladıqdan sonra Ukrayna qüvvələri Rusiyanın Qara Dəniz Donanmasında bir neçə gəmisini məhv edib.

Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gecə altısı Qara dəniz üzərində olmaqla, Ukrayna doqquz pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi daha iki pilotsuz uçuş aparatının Belqorod vilayətində, digərinin isə Voronej üzərində məhv edildiyini bəyan edib.

Həmçinin çərşənbə günü Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın Ukraynanın şərqindəki Donetsk şəhəri yaxınlığında gecə ərzində silsilə hücumları azı 3 nəfərin ölümünə səbəb olub.

Selidovo şəhərinin administrasiyası Telegram kanalında bildirib ki, Rusiyanın zərbələri 9 yaşayış binasına və bir xəstəxanaya ziyan vurub.

Məlumatda 3 nəfərin pldüyü, 12 nəfərin yaralandığı bildirilib.

Vilayətin qubernatoru Vadim Filaşkin çərşənbə günü Telegram-da xəstəxananın vurulmasından sonra 100 xəstənin yaxınlıqdakı şəhərlərdəki xəstəxanalara təxliyə edildiyini yazıb.

Ukraynanın şərqindəki döyüşlərin cəbhə xəttindən təxminən 20 kilometr qərbdə yerləşən Selidovonun müharibədən əvvəl 20 mindən çox əhalisi var idi.

Ukrayna rəsmiləri son həftələr bölgədə hücumların artdığını bildirib.

Forum

XS
SM
MD
LG