Accessibility links

Ukraynalı nazir: Gələcəkdə "daha çox dron... daha az rus gəmisi" olacaq


Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixailo Fedorov. 15 sentyabr, 2023. Kyiv, Ukrayna.
Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixailo Fedorov. 15 sentyabr, 2023. Kyiv, Ukrayna.

Ukeayna naziri Reuters-ə bildirib ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsinin gələcəyi “daha çox pilotsuz təyyarələr, daha çox hücumlar və daha az rus gəmisindən” ibarət olacaq.

Rəqəmsal Transformasiya naziri Mixaylo Fedorov deyib ki, Ukraynanın dron istehsalı keçən ildən bu yana 100 dəfədən çox artıb.

Fedorov həmçinin xəbər agentliyinə bildirib ki, Ukrayna hədəfləri kilometrələrcə uzaqda müəyyən edə bilən süni intellekt sistemlərini, habelə bələdçi dronları sınaqdan keçirir.

Bu arada isə Birtaniya Müdafiə Nazirliyi Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında deyib ki, Rusiyanın qışda Ukrayna infrastruktur hədəflərinə qarşı havadan buraxılan qanadlı raketlərdən istifadəyə davam edəcəyi ilə bağlı “real ehtimal” var.

Nazirliyin məlumatına deyilir ki, Rusiya çox güman ki, raketlərin “əhəmiyyətli ehtiyatını” yaradıb, çünki açıq-mənbə məlumatlarında Rusiyanın raketlərdən aprel ayında istifadə etməyə başladığı bildirilir.

“Rusiya liderləri qanadlı raket istehsalı sürətini artırmaq səylərini vurğulayıb,” nazirlik bildirib.

Hesabatda həmçinin deyilir ki, raketlər Rusiyanın oktyabr-mart ayları arasında Ukraynanın milli enerji infrastrukturuna qarşı zərbə missiyalarının “əsasını təşkil edib.” onlar Rusiyaya sursatları “Rusiya ərazisindən atmağa” imkan verib.

ABŞ Dövlət katibi Antoni Blinken və Almaniya xarici işlər naziri Annalena Baerbok cümə günü Vaşiqntonda danışıqlar aparıblar və hər ikisi Ukraynaya Rusiyaya qarşı müharibəsində uzun-müddətli dəstəklərini təkrarlayıblar.

Blinken danışıqlardan sonra müxbirlərə deyib ki, Almaniya və ABŞ, habelə dünya boyu onlarla başqa ölkə Ukraynanı hərbi iqtisadi və humanitar yardımla təmin etməyə sadiqdir. O deyib ki, onlar həmçinin Ukrayanın təkcə ayaqda qalmaq deyil, həm də Rusiyanın hərbi müdaxiləsindən sonra uzun-müddətli inkişaf etmək qabiliyyətini müzakirə ediblər.

Baerbok Blinkenin söylədiklərini təkrarlayaraq, bildirib ki, Ukraynaya dəstək silah tədarükündən başqa humanitar məsələlər və infrastrukturun təmirini də əhatə edir. O deyib ki, o, Blinkenlə ABŞ və Almaniyanın Ukraynaya dəstəklərini daha yaxından koordinasiya etməyin yollarını müzakirə ediblər.

İki baş diplomata Ukraynanın Rusiyaya çata biləcək uzun-mənzilli raket sistemləri ilə bağlı davam edən tələbi və Qərbin onları vermək istəməməsi ilə bağlı sual verilib.

Baerbok deyib ki, Almaniya və digər NATO müttəfiqləri Rusiyanın hərbi müdaxiləsinin başından bəri Ukraynayaya deyiblər ki, sihal tədarükü Ukraynaynanın özünümüdafiəsi və Ukrayna daxilində ərazilərin geri alınması ilə məhdudlaşacaq.

Almaniyanın xarici işlər naziri bu həftənin böyük bir hissəsi Birləşmiş Ştatlarda olub. O çərşənbə axşamı və çərşənbə Texasa səfər edərək orada alman pilotların təlim keçdiyi hava bazasını ziyarət edib. O cümə axşamı ABŞ qanunvericiləri ilə görüşərək onların Ukraynaya davamlı dəstəyini müzakirə edib.

Forum

XS
SM
MD
LG