Accessibility links

Ukrayna rəsmisi Gürcüstanın həbsdə olan sabiq prezidenti Saakaşvili ilə əlaqə saxlamağı tələb edir


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili

Ukrayna Gürcüstandan Ukrayna vətəndaşı olan və səhhətinin pisləşdiyi deyilən Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ilə əlaqə saxlamasına imkan verməsini tələb edir.

Dekabrın 15-də Ukrayna ombudsmanı Dmitri Lubinets Telegram kanalında Saakaşvilinin təcili tibbi yardıma ehtiyacı olduğunu və ona Qərbi Avropa və ya ABŞ-a getməsinə icazənin verilməli olduğunu yazıb.

Lubinets Ukraynanın xaricdəki vətəndaşlarının hüquq və mənafelərini müdafiə edəcəyini bildirib.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olan Saakaşvili səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Özü və tərəfdarları ittihamın siyasi motivli olduğunu iddia edir.

Saakaşvilinin tibbi qrupu onun səhhətinin 2021-ci ilin oktyabrında həbsxanaya düşdükdən və dəfələrlə aclıq aksiyaları keçirdikdən sonra xeyli pisləşdiyini bildirib. O, Tbilisi klinikalarından birində müalicə olunsa da, vəkilləri onun xaricə köçürülməsi üçün cəzasının təxirə salınmasını istəyib.

Dekabrın 16-da onlarla anti-korrupsiya fəalı Tbilisidə parlament qarşısında aksiya keçirərək, Saakaşvilinin müalicə üçün Qərb dövlətlərindən birində xəstəxanaya köçürülməsini tələb edib.

"Vahid Milli Hərəkat"ın üç müxalifət deputatı - David Kirkitadze, Anna Tsitlidze və Abdulla İsmayılov, eləcə də Saakaşvilinin keçmiş mühafizə xidmətinin rəisi Temur Caniya Saakaşvilinin xaricdə tibbi yardım almasına icazə verilməsi tələbi ilə parlament daxilində aclıq aksiyası keçirir.

Gürcüstanın Penitensiar Xidməti dekabrın 14-də Saakaşvilinin Tbilisidəki tibb müəssisəsində avqustun 9-da, oktyabrın 4-də və dekabrın 12-də çəkildiyi videoları yayımlayıb və bunların onun "həyatının təhlükədə olmadığının sübutu" olduğunu deyib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze Penitensiar Xidmətin əməkdaşlarını müdafiə etdiyi şəxsin razılığı olmadan onun görüntülərini yaymaqla cinayət törətməkdə ittiham edib.

Hazırda isə Saakaşvili 2007-ci ilin noyabrında hökumət əleyhinə nümayişi zorakılıqla yatırmaq və sərhədi qanunsuz keçmək ittihamları ilə ayrıca mühakimə olunur. O, bu ittihamları rədd edərək, onları uydurma adlandırıb.

XS
SM
MD
LG