Accessibility links

Ukrayna Prezidenti İzyuma səfər edib


Ukrayna Prezidenti Volodimir Zelenski. İzyum, Ukrayna. 14 sentyabr 2022.
Ukrayna Prezidenti Volodimir Zelenski. İzyum, Ukrayna. 14 sentyabr 2022.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü İzyum şəhərini ziyarət edib. Orada o, əsgərlərlə görüşüb və onlara ərazini ötən həftə Rusiya qüvvələrində geri almaq üçün göstərdikləri səylərə görə təşəkkür edib.

“Əsgərlərimiz buradadır. Bu, çox vacibdir. Bu, xalqımızı dəstəkləyir,” Zelenski deyib. “Mən insanları onları necə, necə də həssas bir anla qarşıladığını görürəm. Bu o deməkdir ki, ordumuzla həyat da qayıdır.”

Ukrayna qüvvələri Rusiya hərbi müdaxiləyə başlayandan yeddi ay sonra əks-hücuma keçərək Ukraynanın şimal-şərqində Xarkiv bölgəsində böyük əraziləri geri alıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, o, çərşənbə günü Avropanın Ukraynaya dəstəyini müzakirə etmək üçün Kyivdə Zelenski ilə görüşəcək.

Von der Leyen deyib ki, Avropanın “Ukrayna ilə həmrəyliyi sarsılmaz olaraq qalacaq.

“Mən əminəm ki, lazımi cəsarət və lazımi həmrəyliklə Putin uğursuzluğa düçar olacaq və Avropa qalib gələcək,” o çıxışında bildirib.

Von der Leyen Rusiyanın Ukraynadakı müharibəsini “avtokratiyanın demokratiyaya qarşı” müharibə adlandırıb və deyib ki, Rusiyaya tətbiq olunan sanksiyalar “qalacaq.”

“İndi sakitləşmək deyil, bizim qətiyyət nümayiş etdirməyimiz vaxtıdır,” o deyib.

Britaniyanın müdafiə nazirliyi çərşənbə günü bildirib ki, Rusiyanın ilk dəfə olaraq İranın pilotsuz uçuş aparatından istifadə etdiyi güman edilir, Ukrayna isə İran istehsalı olan dronu vurduğunu bildirib.

“Rusiya demək olar ki, öz ehtiyatları azaldıqca İran və Şimali Koreya kimi digər ağır sanksiyaya məruz qalmış dövlətlərdən silah alır”.

ABŞ-lı məhbuslar

Son illərdə diqqətini məhbusların sərbəst buraxılması məsələsinə yönəldən ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Bill Riçardson bu həftə Moskvaya səfər edib. Bu barədə məsələ ilə yaxından tanış mənbə məlumat verib.

Riçardsonun kiminlə görüşdüyü bəlli deyib və Riçardson Qlobal Əlaqə Mərkəzi mətbuat orqanları ilə səfərin təfərrüatları ilə paylaşmağı rədd edib.

Onun səyləri arasında Rusiyadan amerikalı basketbol ulduzu Britni Qrayner və amerikalı Pol Uilanın azadlığa buraxmasını tələb etmək olub.

Qrayner ötən ay narkotik maddə ilə əlaqədar ittihamla doqquz il həbs cəzasına məhkum edilib. Uilan isə casusluqla əlaqəli ittihamlarla 16 illik həbs cəzasını çəkir.

Dövlət katibi Antoni Blinkenin dediyinə görə, Birləşmiş Ştatlar Rusiyaya “əhəmiyətli təklif” irəli sürüb ki, buna ABŞ-ın Qrayner və Uilanın müqabilində həbsdə olan rusiyalı silah satıcısı Viktor Butu təhvil verməyin daxil olduğu güman edilir.

XS
SM
MD
LG